"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Kəlbəcər girovlarının məsələsi Avropa İttifaqının qarşısında qaldırıldı

29 Oktyabr 2014 - 21:25
in SİYASƏT
FacebookVatsap

69936_res_01Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının (Aİ) ölkəmizdəki səfiri xanım Malena Mart və nümayəndəliyin əməliyyatlar şöbəsinin müdiri Yerun Villemslə görüş keçirilib.

Bunu da oxuyun

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Malena Mart qrant və QHT-lər haqqında qanuna edilən əlavə və dəyişikliklər haqqında daha ətraflı məlumat almaq və bəzi suallara aydınlıq gətirilməsini istədiyini bildirib. Səfir qəbul edilmiş yeniliklərin Aİ-nin donor kimi bundan sonrakı fəaliyyətinə mümkün təsirləri haqqında Şura sədri Azay Quliyevin fikirlərini öyrənib.

Şuranın mətbuat xidmətindən virtualaz.org saytına verilən məlumata görə, Azay Quliyev Milli Məclisdə qəbul edilmiş son dəyişiklikləri ətraflı şərh edərək əlavə və dəyişikliyin effektiv əlaqələndirmə, donor institutlarının təklif etdiyi resurslardan səmərəli istifadə, şəffaflıq və aşkarlıq prinsiplərinin tam bərqərar olması, sui-istifadə hallarına yol verilməməsi və milli təhlükəsizliyimizə ola biləcək mümkün təhdidlərin vaxtında qarşısının alınması məqsədilə həyata keçirildiyini bildirib.

A.Quliyev qeyd edib ki, Aİ ölkəmizin əsas tərəfdaşıdır və biz bu qurumla mövcud əməkdaşlığımızı davam etdirməkdə maraqlıyıq: “Azərbaycanın qanunlarına və milli maraqlarına hörmət edən donor və qurumların bu əlavə və dəyişikliklərdən narahat olmasına əsas yoxdur”.

M.Mart 2014-2017-ci illər üzrə Aİ-nin üç əsas prioritet sahə – regional və yerli inkişafa yardım, ədliyyə sektorunda islahatlara dəstək, təhsil və təcrübənin artırılması üzrə ölkəmizlə yaxından əməkdaşlıq etməyi nəzərdə tutduqlarını deyib.

A.Quliyev İnsan hüquqları üzrə İşçi Qrupunun fəaliyyətinin bərpa olunması haqqında danışaraq bu faktın Azərbaycan dövlətinin vətəndaş cəmiyyəti ilə dialoqa nə qədər önəm verdiyini və bunun qarşılıqlı xarakter daşıdığını bildirib. Şura sədri İşçi Qrupunun qəbul etdiyi mühüm qərarlara diqqəti çəkərək səfirin bu prosesə dəstək verməsinin faydalı olduğunu qeyd edib. Azay Quliyev təəssüf edib ki, bəzi şəxs və dairələr bu qrupun yaranmasından və vətəndaş cəmiyyətini gündəliyində olan məsələlərin həlli perspektivindən narahat olaraq onun işinə kölgə salmağa və ictimai etimadını zədələməyə cəhd edirlər.

M.Mart insan hüquqları işçi qrupunun fəaliyyətinin bərpa olunmasını Avropa Şurasının baş katibi Yaqland tərəfindən yüksək qiymətləndirildiyini xatırladaraq Aİ-nin bu işə yaxından dəstək verməyə hazır olduğunu bildirib.

A.Quliyev həmçinin Ermənistanın işğalçı qüvvələri tərəfindən iki mülki azərbaycanlının doğulduğu Kəlbəcər rayonunu ziyarət edən zaman girov götürülməsi və onlar üzərində oyuncaq məhkəmə qurulmasını insan hüquqlarının və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktı kimi səfirin diqqətinə çatdırıb. Şura sədri bu qanunsuzluğa və insanlıq əleyhinə törədilmiş cinayətə beynəlxalq ictimaiyyətin, xüsusilə Aİ-nin biganə qalmasının və adekvat reaksiya verməməsinin qəbuledilməz olduğunu bildirib və girovların azad edilməsi üçün rəsmi İrəvana təzyiq edilməsinin vacibliyini Aİ-nın rəhbərliyinin diqqətinə çatdırmağı səfirdən xahiş edib.

A.Quliyev 2015-ci ildə Ermənistanın Avronest Parlament Assambleyasının illlik sessiyasına ev sahibliyi etməsi məsələsinə də toxunaraq mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirməyən işğalçı dövlətin və Aİ ilə Assosiasiya sazişi imzalamaqdan imtina edən bir ölkənin buna hüquqi və mənəvi haqqının çatmadığını vurğulayıb. O, eyni zamanda Şuranın Bakıda və rayonlarda yaratmaq istədiyi QHT-lər üçün Resurs və Təlim Mərkəzinin qurulması və fəaliyyəti ilə əlaqədar Aİ ilə əməkdaşlıqda maraqlı olduqlarını da qeyd edib.

M.Mart öz növbəsində azərbaycanlı girovlarla bağlı məsələnin Aİ rəhbərliyinin diqqətinə çatdıracağını və vətəndaş cəmiyyətinin inkişafı üçün konkret təkliflərlə bağlı müzakirələrin davamlı aparılmasına tərəfdar olduğunu deyib.

Previous Post

Kəlbəcər girovlarının məsələsi Avropa İttifaqının qarşısında qaldırıldı

Next Post

İranda tibb bacıları etiraza qalxdı

Bənzər yazılar

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib. Elchi.az...

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26

"Son vaxtlar Azərbaycanda orta məktəblərlə bağlı hicab məsələsi gündəmə gəlib. Bununla əlaqədar konkret olaraq bildirmək istəyirəm ki, insanın Allaha sevgisi...

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və EtimadTədbirləri üzrə Müşavirəyə (AQEM) Sədrliyi çoxtərəflidiplomatiyanın uğurlarını nümayiş etdirəm mühümfaktorlardan biridir. Rəsmi Bakı siyasi və...

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42

16 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII...

Next Post

İranda tibb bacıları etiraza qalxdı

«Mənim ərim şəhərdə ən yaraşıqlı oğlan idi» — FOTO

Son xəbərlər

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

17 Oktyabr 2026 - 20:21
Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

17 Oktyabr 2026 - 19:21
Moskvada 103 aviareys təxirə salınıb

Moskvada 103 aviareys təxirə salınıb

17 Oktyabr 2026 - 19:00
“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

17 Oktyabr 2026 - 18:43
Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

17 Oktyabr 2026 - 18:02
Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

17 Oktyabr 2026 - 17:00
İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

17 Oktyabr 2026 - 16:35
Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

17 Oktyabr 2026 - 15:57
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr 2026 - 15:40
Roma Papası xəstəxanadan evə buraxılacaq

Roma Papası xəstəxanadan evə buraxılacaq

17 Oktyabr 2026 - 14:32
Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.