Küveyt Mülki Aviasiya İdarəsi, İranın həyata keçirdiyi hücumlar səbəbindən müvəqqəti olaraq bağlanan ölkənin hava məkanının normal fəaliyyətə qayıtdığını açıqladı.
Elchi.az xəbər verir ki, Mülki Aviasiya İdarəsinin sosial media hesabında verilən açıqlamada, ehtiyat tədbirləri tələb edən şərtlər aradan qaldırıldıqdan sonra Küveytin hava məkanında uçuşların normal vəziyyətə qayıtdığı bildirildi.
Bəyanatda qeyd olunur ki, ən yüksək səviyyədə təhlükəsizliyi təmin etmək üçün Küveyt daxilində və xaricində müvafiq qurumlarla koordinasiyalı şəkildə inkişaflar yaxından izlənilir.
Küveyt Mülki Aviasiya İdarəsi, İranın ölkəyə hücumlarından sonra yerli vaxtla saat 04:50-dən etibarən hava məkanının ehtiyat tədbiri olaraq müvəqqəti olaraq bağlandığını açıqladı.
Şayəstə





















