İranın yüksək vəzifəli rəsmisi ABŞ prezidenti Donald Trampın İran rəsmilərinin atəşkəs tələb etmək üçün onunla əlaqə saxladığı iddiasını “tamamilə yalan” adlandıraraq rədd edib.
Elchi.az xəbər verir ki, İran dövlət televiziyasına danışan adı açıqlanmayan yüksək vəzifəli rəsmi Prezident Trampın “İran rəsmiləri onunla birbaşa əlaqə saxlayaraq bombardmanların dayandırılmasını istəyiblər” iddiasına cavab verib.
İran rəsmisi bildirib ki, “Trampın İran rəsmilərinin onunla birbaşa danışıb atəşkəs tələb etməsi iddiası tamamilə yalandır. Trampla heç bir əlaqə qurulmayıb və İran təcavüzlərə hərbi yolla cavab verir”.
Şayəstə





















