Türkiyənin “Baykar” şirkəti və Küveyt Müdafiə Nazirliyi “Bayraktar-TB2”nin satın alınması üçün müqavilə imzalanıb.
Elchi.az-ın verdiyi xəbərə görə, “Baykar” şirkəti Avropa, ABŞ və Çin şirkətləri arasında tenderi qazanan şirkət olub.
Tərəflər arasında 370 milyon dollarlıq müqavilə imzalanıb. Beləliklə, “Bayraktar-TB2”ni satın alan ölkələrin sayı 28-ə çatıb.(apa)