"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Kürd terrorçuları və siyasətçilərinin istəkləri, onlardan istənilənlər – ŞƏRH

17 Oktyabr 2015 - 08:15
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

Hesablama Palatasına yeni səlahiyyət verilib

Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

Bu demokratlar bolşeviklər kimi terrora üstünlük verir, başqa etnik qrupların torpaqlarını əlindən alır, onları yurdlarından didərgin salırSon 100 ildə dünyada bir sıra ziyanlı cərəyanlar olub. Sonra da dünyanın birlik nümayiş etdirməsi nəticəsində onlar məhv edilib. Məsələn, faşizm, kommunizm.

Dünya birləşərək bu ideyalarla qurulan quruluşları məhv etdi.

Son 20-30 ildə isə İslam dini adı altında “əl-Qaidə”, “Hizbullah”, “Taliban”, “İŞİD”, “Boko Haram” kimi silahlı qruplaşmalar fəaliyyət göstərməyə başlayıb. Kambocada “qırmızı kxmerlər”, Şri-Lankada “tamil ilam”, Türkiyədə PKK, Suriyada onun qolu “PYD” olub və var.

Heç kim bunların xaricdən dəstəklənmədiyini və dünya güclərinə bağlı olmadığı iddiasını irəli sürə bilməz.

Çünki dünyanın bütün dövlətlərində “5-ci kolon” var, yaxud onları tapmaq çətin deyil. “Kolon”un olduğu dövlət və ya oradakı hakimiyyət zəiflədiyi halda, xaricdəki belə qüvvələri öz maraqları üçün “işə salmağa başlayır”. “5-ci kolon” isə bir qayda olaraq etnik, dini, demokratik, sol, sağ və s. yönlü ola bilər.

Hazırda Türkiyədə baş verənlərdə “5-cilərin də” izi görünməkdədir.

Ona görə də yazımızda kürd siyasətçilər və terrorçuları nə istəyir və onlardan nə istəyirlər məsələsinə az da olsa aydınlıq gətirməyə çalışacağıq.

Türkiyənin yerləşdiyi bölgədə son 10 ildə iki dövlətin – İraq və Suriyanın ərazi bütövlüyü pozulub. Orada müxtəlif ad altında silahlı qruplaşmalar fəaliyyət göstərir. Həmin silahlıları isə xarici qüvvələr açıq və gizli şəkildə dəstəkləyir.

Deməli, Türkiyənin qonşuluğunda iki dövlət dağılıb, orada hərc-mərclikdir. Bu vəziyyət isə ilk növbədə 100 ildən çoxdur Türkiyəni özünə tabe etmək və onun ərazisini dağıtmaq, parçalamaq istəyən daxili və xarici qüvvələr üçün sərfəlidir.

Həm İraq, həm də Suriyanın milli dövlətçilik tarixi çox qədim deyil. Hər iki ölkədə sol milli qüvvə hakimiyyətdə olub. Onları keçmiş SSRİ dəstəkləyib. Sovetlər dağılandan sonra həmin hakimiyyətlərin də qalması müəyyən mənada məntiqi görünmürdü. Odur ki, hər iki dövlətdə rejim dəyişdirildi.

O zaman belə çıxır ki, hər iki dövlətin və hakimiyyətin təməli möhkəm deyilmiş. Ona görə də proses bu dövlətlərdən başladılıb.

Hər iki ölkənin ərazisində Türkiyə dövlətinə qarşı mübarizə aparan PKK adlı terrorçu qruplaşma və ona oxşarlar yetişdirilib.

Bağdad və Dəməşq ölkəyə nəzarəti itirəndə onlar ortaya çıxdı.

İraqın şimalında kürd muxtar hökuməti formalaşdırıldı. Bu hökumət hətta İraq neftinin 30-40 faizinə nəzarət edir, onu dünya bazarına belə çıxara bilir.

Kürd siyasətçiləri və terrorçuları Türkiyənin o biri qonşusu İranda da fəallıq göstərməyə çalışır. Ancaq Tehran hakimiyyəti onlarla demokratiya oyunu oynamır. Başqa sözlə, İranın demokratik olmaması kürdlərin timsalında “5-ci kolon”a sərf eləmir. Ancaq onlardan ehtiyat variant kimi istifadə ediləcəyi də istisna edilmir.

Kürd siyasiləri və terrorçuların son 10 ildə Türkiyəyə qarşı fəallığının artması bu ölkənin daha çox demokratik olmasından irəli gəlir. Mövcud mühitdən və xaricin hakimiyyətə müxtəlif məsələlərlə bağlı təzyiqlərindən istifadə edərək bu qüvvələr fəallaşa bilib.

Bəs kürd terrorçuları və siyasilərinin hədəfləri nədir?

İraqda baş verənlər deməyə əsas verir ki, indiki mərhələdə onlar bu ölkədə onlara verilən muxtariyyətin Suriya, Türkiyə və İranda da verilməsinə cəhd göstəririlər.

Son zamanlar İraqda İŞİD-ə qarşı mübarizənin aparılmasından söhbət belə getmir. Başqa sözlə, İraq artıq 3 hissəyə bölünüb: İŞİD-in nəzarət etdiyi ərazi, rəsmi Bağdadın nəzarəti altında olan bölgələr və ölkənin şimalındakı kürd muxtariyyəti. Başqa sözlə, İraqda hərbi əməliyyatlar başlayanda Qərb siyasiləri ölkənin 3 hissəyə – sünni, şiə və kürd ərazilərinə bölünməsini təklif edirdi. Bunu İraq və qonşu dövlətlər sərt qarşılasa da, indi buna o dərəcədə də əhəmiyyət verilmir.

Oxşar şəkildə bölünmə indi Suriyanındır. Bu ölkənin 2/3 hissəsi İŞİD-in nəzarəti altındadır. Kürd terrorçuları ölkənin şimal hissəsinə (bu ərazi İraqın şimalına qonşudur) demək olar ki, nəzarət edirlər. Həmin ərazidə perspektivdə muxtariyyət elan ediləcəyi ehtimalı böyükdür.

Odur ki, yaxın zamanda Suriyanın da İraqdakı kimi 3 hissəyə bölünəcəyi (İŞİD-in, kürdlərin və Bəşşar Əsədin nəzarət elədiyi ərazilər) gözləniləndir. Hadisələr İraqdakı kimi bu ölkənin də məzhəbi və etnik əsaslarda parçalanması ilə nəticələnəcəyini deməyə əsas verir.

Başqa sözlə, Türkiyənin qonşuluğunda siyasi xəritə dəyişir.

Bölgədəki qarşıqlıqdan istifadə edən kürd terrorçular və siyasilər Türkiyəni də qarışdırmağa və orada xaos yaratmağa çalışırlar.

Ankarada dəmiryolu vağzalında baş verən terror hadisəsi buna cəhd sayıla bilər.

Türkiyənin baş naziri Əhməd Davudoğlunun bir açıqlaması da diqqətçəkicidir: “2014-cü il mayın 28-də İŞİD, PKK, “PYD” (terrorçu PKK-nın Suriyadakı qolu – S.İ.) Hasekedə (“PYD”nin nəzarəti altında olan Suriya şəhəri – S.İ.) görüşərək ortaq plan hazırlayıblar. Bundan sonra Palmiranı Bəşşar Əsəd rejimi tərk etdi və İŞİD-ə verdi, Tel-Abyad İŞİD tərəfindən tərk edilərək “PYD”nin nəzarətinə keçdi. Onlar hamısı mötədil müxalifətə qarşı ortaq hücum etmək haqda qərar qəbul etdi. Odur ki, Əsəd rejiminin bu iki qruplaşma ilə birlikdə Türkiyədə sabitliyi pozmaq üçün ittifaq yaratdıqları istisna edilmir…”.

Ona görə də ABŞ və Rusiyanın dəstəklədiyi “PYD”nin təmsil olduğu Suriya Demokratlar Birliyinə Türkiyənin etiraz etməsi təbii qarşılanmalıdır. Bu terror qruplaşmasına verilən 27 və ya 50 ton silah-sursatın aqibətindən rəsmi Ankaranın narahatlığı da başadüşüləndir.

Terrorçu kürdlərdən bölgə üçün vahimə yaradacaq əcaib bir qruplaşma formalaşdırırlar.

Vaxtilə “əl-Qaidə” bu “status”da idi.

Bununla da bölgədəki bütöv bir dövlət sistemini kürd silahlılarının dağıtmaq gücündə olduğu təbliğatı aparılır. O zaman sual doğur: İŞİD-in, PKK-nın və s. silahı haradandır?

“5-ci kolon” hər yerdə bir şəkildə dəstəklənir. Suriya və İraqda isə onlara silah verilir.

Kürd siyasilər və terrorçuları Türkiyənin Azərbaycanla sərhəd bölgəsini də nəzarət altına almaq istəyirlər. Başqa sözlə, Ermənistanla əl-ələ tutaraq Azərbaycan-Türkiyə arasına soxulmaq niyyətindədirlər və s.

Kürd terrorçuları və siyasətçilərindən istənilənlər az deyil.

Bu etnik qrupun dövləti olmayıb. Aparıcı güclər bölgədə öz maraqlarına oynayacaq, bir dövlət qurmaqla Yaxın Şərqə nəzarəti gücləndirmək istəyirlər. Bu rola ən uyğun gələn isə adıçəkilən etnik qrupun siyasiləri və terrorçu qrupları üçün “dövlət”dir.

Bölgədə Türkiyəyə davamlı olaraq bu qüvvələr vasitəsilə təzyiqlər etmək başlıca hədəflərdən sayılır.

Perspektivdə yaradılacaq quruluş İran-Türkiyə arasında baryer funksiyası daşıyacaq. Həmin quruluşun yardımı ilə onlar hər iki dövlətə təsir etmək istəyirlər.

Bunların vasitəsilə İslam dünyasında parçalanmaya nail olub, müsəlman dövlətlərini bir-birinə düşmən etmək də hədəflərdən sayıla bilər.

SSRİ qurulandan sonra dünyada yaranan siyasi təşkilatların və dövlətlərin adının əvvəlinə “xalq demokrat” ifadəsi əlavə edilirdi. Bununla da göstərmək istəyirdilər ki, həmin təşkilatlar əsl xalqçı demokratlardır. Onlara örnək olaraq Koreya Xalq Demokrat Respublikasını göstərmək olar.

Bu baxımdan kürdləri təmsil edən terrorçu qrupların və onların siyasi yandaşlarının təşkilatlarının da adlarında “demokrat” sözü geninə-boluna işlədilir. Məsələn, “PYD” (“Demokratik Birlik Partiyası”) və s. (Həmin məntiqlə İŞİD-ə də “İraq-Şam Demokratik İslam Dövləti” demək olar).

Ümumiyyətlə, İran, İraq, Suriya, Türkiyə ərazisində kürd terrorçuları və siyasiləri öz təşkilatlarının adının əvvəlində “demokrat” sözündən istifadə edirlər.

Nəticədə bu “demokratlar” bolşeviklər kimi üstünlüyü terrora verir, başqa etnik qrupların torpaqlarını əlindən alır, onları yurdlarından didərgin salır.

Bir zamanlar Osmanlıya qarşı çıxanların əraziləri indi paramparça vəziyyətdədir. Odur ki, “5-ci kolon”u quranlar onların arxasında axıradək durmurlar. Bir çox hallarda elə ilk qurban kimi onları verirlər…

 REPORT.AZ/
share-block__img

Sədrəddin İsmayılov

Previous Post

Kürd terrorçuları və siyasətçilərinin istəkləri, onlardan istənilənlər – ŞƏRH

Next Post

Qazaxıstandan dəmiryolu relsi

Bənzər yazılar

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

14 Avqust 2026 - 15:52

2026-cı ilin yanvar-iyul aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 206,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü...

Hesablama Palatasına yeni səlahiyyət verilib

Hesablama Palatasına yeni səlahiyyət verilib

14 Avqust 2026 - 15:43

Hesablama Palatasına yeni səlahiyyət verilir. Elchi.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Hesablama Palatası haqqında” qanuna...

Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

14 Avqust 2026 - 13:49

Bəstəkar-ifaçı Aydan Əliyevanın Oğuz rayonunda möhtəşəm solo konserti keçirilib. Konsert Oğuz rayonunun ən böyük parkı olan Zərifə Əliyeva adına İstirahət...

Azərbaycanda bu il internet xidmətləri 20%-dən çox artıb

Azərbaycanda bu il internet xidmətləri 20%-dən çox artıb

14 Avqust 2026 - 12:51

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında informasiya və rabitə müəssisələri tərəfindən 2 378,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq...

Next Post

Qazaxıstandan dəmiryolu relsi

Qazaxıstandan dəmiryolu relsi

Son xəbərlər

İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlandı

İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlandı

15 Avqust 2026 - 11:50
Azərbaycan XİN Konqo hökumətini Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan XİN Konqo hökumətini Milli Günü münasibətilə təbrik etdi

15 Avqust 2026 - 11:28
Bakıda mağaza uçdu: bir nəfər dağıntılar altından çıxarıldı – VİDEO

Bakıda mağaza uçdu: bir nəfər dağıntılar altından çıxarıldı – VİDEO

15 Avqust 2026 - 11:12
“Barselona” ilə anlaşan Rodri “Mançester Siti” ilə məşqlərə çıxmayacaq

“Barselona” ilə anlaşan Rodri “Mançester Siti” ilə məşqlərə çıxmayacaq

15 Avqust 2026 - 10:55
FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi

FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi

15 Avqust 2026 - 10:37
Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

15 Avqust 2026 - 10:18
Bu gündən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb – VİDEO

Bu gündən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb – VİDEO

15 Avqust 2026 - 10:00
Təbii qazın dəyəri azaldı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

14 Avqust 2026 - 19:28
ADY-də kükürd daşımaları 31%-dən çox artıb

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

14 Avqust 2026 - 19:17
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

14 Avqust 2026 - 19:05
Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

14 Avqust 2026 - 19:00
AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı

AYNA: Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

14 Avqust 2026 - 18:51
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

14 Avqust 2026 - 18:35
ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

14 Avqust 2026 - 18:12
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

14 Avqust 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.