"Kür" Azərbaycan kubokunun qalibi oldu

🗓 24.05.2025 16:27 ✍️ "Elçi" qəzeti
"Kür" Azərbaycan kubokunun qalibi oldu
Kişi həndbolçuların Azərbaycan kuboku yarışına yekun vurulub. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. “AHF Arena"da keçirilən final matçında "Bakı" və "Kür" komandaları qarşılaşıblar. Gərgin oyunun fasiləsinə Mingəçevir həndbolçuları 1 xal üstün yollanıblar - 11:10. İkinci hissədə "Bakı" vəziyyəti dəyişməyə çalışsa da, istəyinə çatmayıb. Yekunda 20:19 hesabı ilə qalib gələn "Kür" ölkə kubokuna sahib çıxıb.

Bənzər yazılar