Kuba prezidenti Qəzzada soyqırıma son qoymağa çağırıb

🗓 31.03.2024 22:58 ✍️ "Elçi" qəzeti
Kuba prezidenti Qəzzada soyqırıma son qoymağa çağırıb
Kuba prezidenti Miqel Diaz-Kanel beynəlxalq ictimaiyyəti Qəzzada soyqırıma son qoymaq üçün tədbirlər görməyə çağırıb. Elchi.az bu barədə TASS.ru-ya istinadən xəbər verir. Paytaxt Havanadakı Xose Marti Memorialında Fələstin bayrağının optik nümayişinin fotosunu təqdim edən Diaz-Kanel "Kuba soyqırımın dərhal dayandırılmasını tələb edir",-deyib. O, "X" mikrobloqunda yazıb: “Fələstin torpağı İsrail işğalçılarının nifrətindən əziyyət çəkməyə, qanaxmağa və məhv olmağa davam etdikcə, biz bu cinayəti pisləməkdən və beynəlxalq ictimaiyyətə müraciət etməkdən yorulmayacağıq”. Yeganə

Bənzər yazılar