Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla münasibətlərdə çox diqqətli və nəzakətli olmalıdır.
Elchi.az xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.
Belarus lideri KTMT-nin baş katibi Taalatbek Masadkovla görüşündə deyib: “Bilirsiniz ki, Ermənistan görünür KTMT çərçivəsində işi dəstəkləmir, lakin o, üzv olaraq qalır. Biz çox nəzakətli olmalıyıq. Ermənistan bu baxımdan, xüsusən də seçkilər dövründə çətin vəziyyətdədir. Çox mürəkkəb vəziyyət. Ona görə də Ermənistanla münasibətlərimizdə çox diqqətli və ehtiyatlı olmalıyıq”.
Yeganə





















