Rusiya avqustun 9-da Krımdakı aviabazaya hücumla bağlı çaşqınlıq içində qalıb.
Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Rusiya rəsmiləri avqustun 9-da Krımdakı “Saki” aviabazasında ən azı səkkiz təyyarə və bir neçə binanı məhv edən hücumla bağlı çaşqınlıq içində qalıblar. Peyk görüntüləri Ukrayna Hərbi Hava Qüvvələrinin hücumun ən azı səkkiz Rusiya təyyarəsini məhv etdiyi barədə məlumatını təsdiqləyib. Və bu, Rusiyanın partlayışların heç bir təyyarəyə zərər vermədiyi və hücumun nəticəsi olmadığı barədə iddiaları ilə ziddiyyət təşkil edir”, – məlumatda deyilib.
Vyetnam narkotik qaçaqmalçılığına görə ölüm hökmünü ləğv etdi
Vyetnam narkotik qaçaqmalçılığı və digər cinayətlərə görə ölüm hökmünü ləğv edib. Elchi.az xəbər verir ki, bu barədə “Channel News Asia”...





















Son şərhlər