"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Krımda yaşayan soydaşımızdan həyəcanlı açıqlamalar

15 Dekabr 2015 - 13:00
in GÜNDƏM
FacebookVatsap

Bunu da oxuyun

Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib

ABŞ Prezidenti İranla münaqişənin tezliklə bitəcəyini bildirib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

 Krımda yaşayan soydaşımızdan  həyəcanlı açıqlamalar
Ülvi Həkimov: “Yarımadada Türkiyə ilə bağlı ciddi ajiotaj var”; “Böhranlı vəziyyət bizə də təsir edib”
Ukraynanın digər ərazilərində yaşananlar, həmçinin Rusiyanın Suriyadakı əməliyyatları, Moskva-Ankara qarşıdurması Krım məsələsini arxa plana keçirib. Ancaq bu günlərdə belə xəbərlər yayıldı ki, Krım əhalisi yarımadanın yenidən Ukraynaya birləşdirilməsi ilə bağlı referendumun keçirilməsi tələbilə prezident Poroşenkoya müraciət edib, hətta bununla bağlı Ukrayna prezidentinin saytında petisiya da yerləşdirilib. Vəziyyətlə əlaqədar Krımda yaşayan soydaşımız Ülvi Həkimovla danışdıq.
Azərbaycanda sonuncu dəfə bu ilin yayında olan Ülvi Həkimov yaxın zamanlarda yenə də  Vətənə gəlmək istədiyini bildirdi. Bununla belə Musavat.com-un əməkdaşı ilə  söhbətində fürsət düşmüşkən, Azərbaycana ünvanlı xoş arzularını, qarşıdan gələn bayramlarla bağlı hər kəsə təbriklərini və salamlarını çatdırmağı xahiş etdi.
–  Ülvi bəy, Krımda vəziyyət necədir?
– Bildiyiniz kimi, 2014-cü ilin mart ayında burda referendum keçirilib və Krım Rusiyaya birləşdirilib. Məlum məsələdir ki, Ukrayna dövləti bu vəziyyətlə heç cür barışmır və bu ərazini işğal olunmuş ərazi sayır. Onların işğal olunmuş ərazilərlə bağlı qanunları da var. Krımı də beynəlxalq hüquq normalarına əsasən öz tərkib hissəsi sayır. Bu hadisələrdən sonra burda Krım Tatar Məclisinin bir çox nümayəndələrinin Krıma girişi qadağan olunub. Əsasən də Mustafa bəy Cəmilov, Rüfət bəy Çubarovun. Bir neçə aktivistlər də həbs olunub.  Onlardan biri Krım Tatar Məclisinin liderlərindən biri olan Axtem Çiyqozdur, hansı ki, 14 dekabrda ad günüydü. Onlar siyasi mövqelərinə görə həbs ediliblər. 26 fevralda burda mitinq olmuşdu, o hadisələr zamanı iki təqaüdçü basabasda həlak olmuşdular. Bu insanlar da həmin hadisələrlə bağlı həbs edilib. İndi Krım Tatar Məclisi və Ukrayna hökuməti Krımı blokadaya alıb. Əsasən də Krım Tatar Məclisinin siyasi  məhbusların azad olunması tələbilə bura elektrik enerjisinin verilməsi dayandırılıb. İki həftədir ki, Krımda enerji ilə bağlı ciddi problemlər yaşanır. İndi işıq bir az bərpa olunur. Çünki Rusiyanın Krasnodar şəhəri tərəfindən bura dənizaltı energetik körpü çəkilib. İşıq müəyyən qədər bərpa olunub, amma yenə də keçirirlər.

 “Dünən də bir neçə azərbaycanlılarla görüşdüm, hansı ki, Türkiyədən karqo ilə mal vurublar, onların taleyi məlum deyil; bilinmir ki, mal hardadır, keçəcək, keçməyəcək”

– Sutka ərzində nə qədər işıq verilir?
– Ümumilikdə Krımın tələbatı 1000 meqovatdır. Onun təqribən 70 faizdən çoxu, yəni 80 faizi Ukrayna tərəfdən verilirdi, yəni 800 Mvatt-a qədər. Ukrayna işığı kəsəndən sonra Krımda çox böyük problemlər yaranmışdı. Burda generatorlarla bəzən sutkada 3 saat işıq verilirdi. Putinin özü də bura gəlmişdi, açılışda iştirak etdi, birinci energetik körpünü su ilə buraxdılar, nəticədə təqribən 200 Mvt bərpa olundu. İndi 500 Mvt-a qədər verilir və artıq ikinci xətt çəkilməliydi. Dekabrın 16-sına qədər tam bərpa olunmalıdır.
 
– Xəbərlər yayıldı ki, krımlılar yenidən Ukraynaya birləşmək istəyir, aksiyalar başlayıb. Hazırda durum necədir? Əhalinin Ukraynaya birləşmək istəyi ciddidirmi?
– İnternetdə belə xəbərlər yayıldı. Belə bir tələblə bağlı hər hansı aksiya, etiraz yoxdur. Hal-hazırda burda sakitlikdir. Əsasən mətbuat səviyyəsində müəyyən fikirlər bildirilir. Ancaq açıq və kütləvi şəkildə Ukraynaya birləşmək məsələsi yoxdur. Çünki burda elə bir rejim var ki, belə məsələlərin açıq şəkildə qaldırılması Rusiya Federasiyasının qanunlarına əsasən birbaşa cinayət məsuliyyəti yaradır. Krım Tatar Məclisinin həbs olunmuş nümayəndələri ilə bağlı müəyyən bəyanatlar verilir. Lakin Ukraynaya birləşməklə bağlı nə tələblər var, nə də aksiyalar keçirilir.
– Belə çıxır ki, yerli əhali, xüsusən də Krım türkləri artıq ümidini üzüb? 
– Söhbət ümiddən getmir. Ən çox bu hadisələrlə bağlı Krıma gələ bilməyən, Ukraynada yaşayan şəxslər fikir bildirir. Amma Krımda yaşayan əhalidə belə fikirlər yoxdur.
– Krım Tatar Məclisində necə, Krım türklərinin taleyi nə qədər nəzərə alınır?
– Məclis özü də bölündü, parçalanma  oldu. Seçkilərdə kimlər ki, əməkdaşlığa getdi, məsələn, Feyzi İlyasovgil var, əsasən onlar Krım Tatar Məclisində təmsil olunur. Digərləri isə sırf Ukrayna mövqeyindən çıxış edir. Bir hissə  var ki, onlar yeni sistemlə və yeni hakimiyyətlə əməkdaşlıq edir və hakimiyyətdə də təmsil olunur. Yəni parlamentin sədr müavini səviyyəsində təmsil olunanlar, həmçinin hökumətdə nümayəndələr var.

“İki həftədir ki, Krımda enerji ilə bağlı ciddi problemlər yaşanır; sutkada 3 saat işıq verilirdi…”

– Türkiyə-Rusiya qarşıdurmasının yaşandığı bu günlərdə Krım türkləri nə deyir, nə düşünür? Elə siz də daxil, Krımdakı türklər bu situasiyada narahatlıq keçirirmi?
– Türkiyəyə ilə bağlı yarımadada ciddi ajiotaj var. Əsasən də televiziyada Türkiyə əleyhinə yüksək səviyyədə təbliğat aparılır. Bizim yerli respublikanın rəhbərliyi Türkiyə ilə əlaqələrin tamamilə dayandırılması barədə bəyanat verib. Əsas narahatlıq iş adamlarınındır. Kimin ki, ticarət işləri Türkiyə ilə bağlıdır,  onlar narahatdır. Əsasən də meyvəçilik, tərəvəzçiliklə bağlı olan insanlar, bir də ki, geyimlə, tekstillə, Türkiyənin digər malları ilə bağlı  olan insanlar çox narahatdır. Mən dünən də bir neçə azərbaycanlılarla görüşdüm, hansı ki, Türkiyədən karqo ilə mal vurublar, onların taleyi məlum deyil. Bilinmir ki, mal hardadır, keçəcək, keçməyəcək. Bax, bu şəkildə narahatlıqlar var. Məlum məsələdir ki, bu vəziyyət onların biznesinə, işinə ciddi şəkildə ziyan vurur. Bu da balaca məsələ deyil.  Rusiya Federasiyasının ərazisində əsasən  də  paltaryuyan maşınlar istehsal edən, avtomobillərin yığılması ilə məşğul olan, tekstillə bağlı olan fabrik- zavodlara xammal kimi bir çox materiallar Türkiyədən gəlirdi. İndi vəziyyətə görə bir çox fabrik və zavodların dayanması müşahidə olunur. Türkiyə ilə  ticarət əlaqələri olan bir çox iş adamları bu gün əlaqələrin kəsilməsi səbəbindən ciddi narahatdır. Başqa bir narahatlıq və narazılıq onunla bağlıdır ki, yanvarın 1-dən Rusiya tərəfdən birtərəfli qaydada Türkiyəyə viza tətbiq olunacaq. Türkiyə vətəndaşı olan insanlar bundan sonra Rusiyaya gələndə viza almalıdır.
 
– Siz indi hansı ölkənin pasportunu daşıyırsınız?
– Bizə ikili vətəndaşlıq veriblər. Həm Ukrayna vətəndaşıyıq, həm Rusiyanın. Krım ərazisində yaşayanlara belə bir hüquq verilib.
 
– Siz istənilən vaxt həm Ukraynaya, həm də Rusiyaya gedə bilirsiniz?
– Bəli. Sonuncu dəfə Ukraynada fevral ayında olmuşam. Amma indi dəmir yolu işləmir, hava yolu yoxdur, təkcə avtomobil yolu ilə gedib-gəlmək mümkündür.
– Sizin biznesiniz əsasən nə ilə bağlıdır?
– Əsasən kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul oluruq. Qabaqlar əlaqəmiz daha çox Ukrayna ilə idi, ancaq indi daha yollar bağlanıb deyə, ticarət işləri, iqtisadi fəaliyyət Rusiyanın bölgələriylədir, Moskva, Nijni-Novqorod, Krasnodar, Stavropol vilayətləridir. Gübrələri, bir sıra digər malları da oradan alıb gətiririk. Ancaq təbii ki, böhranlı vəziyyət bizə də təsir edib.
– Krımda necə hesab edirlər, Rusiya və Türkiyə arasında savaşın olacağı təhlükəsi varmı?  
– Belə fikirlər  əsasən televiziyada səslənir. Mən Simferopolda yaşayıram. Ümumilikdə Krımda yarım milyon türkdilli əhali yaşayır. Lakin elə bir ajiotaj hiss olunmur, sakitlikdir. Cəmiyyətdə ciddi bir müzakirələr getmir.
Previous Post

Krımda yaşayan soydaşımızdan həyəcanlı açıqlamalar

Next Post

Emin Ağalarov telekanal açır

Bənzər yazılar

Özbəkistan Prezidenti Mehriban Əliyevanı təbrik etdi

Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib

26 Avqust 2026 - 18:46

Avqustun 26-da Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib. Elchi.az xəbər verir ki,...

ABŞ Prezidenti İranla münaqişənin tezliklə bitəcəyini bildirib

ABŞ Prezidenti İranla münaqişənin tezliklə bitəcəyini bildirib

26 Avqust 2026 - 17:56

ABŞ və İran arasında müharibə "olduqca tezliklə" başa çatacaq. Elchi.az xəbər verir ki, bu barədə Amerikanın Prezidenti Donald Tramp "The...

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

26 Avqust 2026 - 17:15

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nəsimi...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Sabah” futbol klubunu təbrik edib

26 Avqust 2026 - 11:05

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə paylaşım edilib....

Next Post

Emin Ağalarov telekanal açır

İçki kartla, siqaret nağd pulla satılacaq

Son xəbərlər

DYP qış mövsümünə hazırlıqla bağlı çağırış edib

Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib

27 Avqust 2026 - 11:07
Qətərin Baş naziri Hörmüz boğazı müzakirələri üçün İrana gedir

Qətərin Baş naziri Hörmüz boğazı müzakirələri üçün İrana gedir

27 Avqust 2026 - 11:00
UEFA Çempionlar Liqası: “Fənərbağça” və “Qalatasaray”ın qazancı bəlli oldu

UEFA Çempionlar Liqası: “Fənərbağça” və “Qalatasaray”ın qazancı bəlli oldu

27 Avqust 2026 - 10:52
Bill Qeyts süni intellektdən artan risklər barədə xəbərdarlıq edir

Bill Qeyts süni intellektdən artan risklər barədə xəbərdarlıq edir

27 Avqust 2026 - 10:45
ABŞ-da kiçik təyyarə qəzası nəticəsində 4 nəfər həlak olub

ABŞ-da kiçik təyyarə qəzası nəticəsində 4 nəfər həlak olub

27 Avqust 2026 - 10:31
Nvidia-nın gəliri Süni İntellekt tələbatı ilə ikiqat artır

Nvidia-nın gəliri Süni İntellekt tələbatı ilə ikiqat artır

27 Avqust 2026 - 10:24
Bakıya həftədə bir dəfə 2 günlük leysan yağır – Nə baş verir?

Leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

27 Avqust 2026 - 10:17
Ali Məhkəmə: Canlı efirdə şəxsi məlumat yayanlarla yanaşı media subyekti də məsuliyyət daşıyacaq

Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib

27 Avqust 2026 - 10:09
DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib

DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib

27 Avqust 2026 - 09:56
FHN SOCAR Petroleum QSC-nin 23 saylı Naxçıvan Neft Baza Sahəsində mülki müdafiə məşqi kеçirib

FHN SOCAR Petroleum QSC-nin 23 saylı Naxçıvan Neft Baza Sahəsində mülki müdafiə məşqi kеçirib

27 Avqust 2026 - 09:43
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət etdi – VİDEO

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

27 Avqust 2026 - 09:35
Dünya bazarlarında neft bahalaşıb

Neftin qiyməti 88 dollardan aşağı enib

27 Avqust 2026 - 09:27
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri

Qlobal fond bazarlarının əsas indeks göstəriciləri

27 Avqust 2026 - 09:16
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

27 Avqust 2026 - 00:02
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

26 Avqust 2026 - 23:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.