“Kollektiv Qərb bizim narahatlığımızı dinləmək istəmir. Bununla əlaqədar olaraq Rusiya öz hərbi və siyasi məqsədlərinə təkbaşına nail olmaq məcburiyyətindədir”.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, bu fikirləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov söyləyib.
Peskovun açıqlamasını Teleqram kanalında “Moskva.Kreml.Putin” proqramının müəllifi və aparıcısı Pavel Zarubin yerləşdirib.
“Bizi hansısa aqressivlikdə ittiham edirlər. Əslində, belə deyil. Qərb sadəcə olaraq, bizi dinləmək istəmədiyini bu yolla ört-basdır etməyə çalışır”, – deyə Peskov vurğulayıb.
Peskov əlavə edib ki, Moskva onilliklərdir ki, NATO-nun genişlənməsi və digər qlobal təhlükəsizlik problemlərindən narahatlığını ifadə edir: “Bununla belə, həm Vaşinqton, həm də Brüssel bizi eşitməməyə üstünlük verdilər”.
Yeganə