Kreml Litvada rusiyalı müxalifət lideri Aleksey Navalninin müavini Leonid Volkova çəkiclə hücumu şərh etməkdən imtina edib. Mətbuat katibi Peskov, “Putindən qorxmaq lazım deyil, ona hörmət edilməli və dinlənilməlidir” -deyib.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Kreml Litvada rusiyalı müxalifət lideri Aleksey Navalnının müavini Leonid Volkova çəkiclə hücumu şərh etməkdən imtina edib.
Volkov dünən Vilnüsdəki evinin yaxınlığında hücuma məruz qalıb.
Litva prezidenti Gitanas Nauseda hücumun “açıq şəkildə əvvəlcədən planlaşdırıldığını” deyib və bildirib ki, onun ölkəsində heç kim Rusiya prezidenti Vladimir Putindən qorxmur.
Kremlin sözçüsü Dmitri Peskov bu açıqlama ilə bağlı suala belə cavab verib: “Putindən qorxmaq lazım deyil, ona hörmət etmək və onu dinləmək lazımdır”.
Digər tərəfdən, Putin dünənki bəyanatında Qərbə bildirib ki, Rusiya texniki cəhətdən “nüvə müharibəsinə hazırdır” və ABŞ Ukraynaya qoşun göndərərsə, bu, münaqişənin əhəmiyyətli dərəcədə gərginləşməsi anlamına gələcək.
Putinin bəyanatı ilə bağlı Peskov “Putin sadəcə jurnalistin suallarını cavablandırıb” və “Rusiyanın nəzəri olaraq nüvə silahından istifadə etməli olacağı artıq məlum şərtləri bir daha formalaşdırıb” şərhini verib.
Peskov deyib ki, Putin heç vaxt taktiki nüvə silahından istifadə imkanını düşünməyib və bununla bağlı hər hansı hədə-qorxu gəlməyib.
Nuranə Məmmədova