“Oktyabrın 7-də MDB-nin qeyri-rəsmi sammitinin keçirilməsi planlaşdırılmır”.
Elchi.az Ria.ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, oktyabrın 7-də qeyri-rəsmi sammit planlaşdırılmır. İş tədbirləri planlaşdırılır, biz sizə vaxtında məlumat verəcəyik”, – deyə Peskov jurnalistlərə bildirib.
Xatırladaq ki, ötən il oktyabrın 7-də Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü olub.
Yeganə