Avropa İttifaqının (Aİ) 12-ci sanksiya paketi məhdudiyyətlərin tətbiqi üçün ərazilərin resursunun tükəndiyini göstərdi. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yeni anti-Rusiya sanksiyalar paketinə belə cavab verib.
“Ancaq ümumilikdə, təbii ki, 12-ci paket onu göstərir ki, tutaq ki, sanksiyaların tətbiq oluna biləcəyi ərazilərin resursları artıq tükənmək üzrədir”, – Kremlin rəsmi nümayəndəsi bildirib.
Qeyd edək ki, bundan əvvəl Aİ Rusiyaya qarşı sanksiyaların 12-ci paketini təsdiqləyib.
Havar Şəfiyeva
A