“Kreml aşpazı” kimi tanınan Priqojin: ABŞ-dakı seçkilərə həmişə müdaxilə etmişik

73

“Kreml aşpazı” kimi tanınan rusiyalı iş adamı Yevgeni Priqojin Rusiyanın ABŞ seçkilərinə müdaxilə etdiyini iddia edib. Maraqlıdır ki, Priqojinin bu bəyanatı ABŞ-da aralıq seçkilərə bir gün qalmış verib.

Elchi.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan və “Kreml aşpazı” kimi tanınan rusiyalı iş adamı Yevgeni Priqojin ABŞ-da keçirilən aralıq seçkiləri öncəsi diqqətçəkən iddia ilə çıxış edib.

Priqojin sosial media hesabında “Biz müdaxilə etdik, müdaxilə etdik və müdaxilə etməyə davam edəcəyik. Bildiyimiz kimi, yumşaq, dəqiq, cərrahi və öz üsulumuzla” dedi.
O, ABŞ seçkilərinə müdaxilə edərkən bunu ehtiyatla və özlərinə məxsus tərzdə etdiklərini bildirib.

Moskva ittihamları rədd edib

Priqojinlə yanaşı, 12 Rusiya vətəndaşı və 3 Rusiya şirkəti 2016-cı ildə ABŞ-da keçirilən seçkilərə müdaxilədə ittiham olunub.
Moskva illərdir bu iddiaları rədd edir.
Rusiyalı iş adamı ABŞ-la yanaşı, Avropa ölkələrinin də sanksiya siyahısındadır.

Şayəstə