“ABŞ-ın Rusiya ilə danışıqlar prosesi ilə bağlı heç bir addımı yoxdur, ona görə də Kreml ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın anti-Rusiya sanksiyalarının yumşaldılmasının mümkünlüyü ilə bağlı son bəyanatlarının əhəmiyyətini şişirtməyə meylli deyil”.
Elchi.az Vesti.ru-ya aistinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü bildirib: “Xanım Nulandın bu bəyanatlarının əhəmiyyətini şişirtməyə meylli deyilik. Yeni heç nə deyilməyib
Əslində tezislər toplusu təkrarlanıb ki, bu da hər hansı manevrin və ya mövqenin çevikliyinin olmamasından xəbər verir. Bu da öz növbəsində bizim mövqeyimizə diametral şəkildə ziddir”.
Xatırladaq ki, bir gün əvvəl ABŞ Senatında çıxış edən Nuland bildirib ki, Vaşinqton Ukrayna ilə bağlı ciddi danışıqların aparılması və rus qoşunlarının oradan çıxarılması naminə Moskvaya qarşı sanksiyaları yumşaltmağa hazırdır.
Yeganə