"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Kreditlərlə bağlı şikayətlər artıb – PA rəsmisi

12 Fevral 2016 - 10:56
in XƏBƏR LENTİ
FacebookVatsap

“2015-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin 67,8 faizini ərizələr, 31,2 faizini şikayətlər, 1 faizini təkliflər təşkil edib”.

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

 

Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir” başlıqlı hesabat xarakterli məqaləsində əksini tapıb.

Müraciətlərin böyük əksəriyyətini təşkil edən ərizələrin əsas mövzuları sosial müdafiə, yəni, müvafiq əlillik dərəcəsinin, ünvanlı sosial yardımların, əlil arabalarının və minik avtomobillərinin verilməsi, mənzil problemlərinin həll edilməsi, məzunların ixtisas üzrə işlə təmin olunması, maliyyə və bank məsələləri, xaricdə müalicə və müayinəyə, dərman preparatları ilə təmin olunmaya kömək göstərilməsi, əfv və digər məsələlər barəsində xahişlərdən ibarətdir. Müəyyən edilmiş təsnifat üzrə aparılan təhlillər göstərir ki, 2015-ci ildə vətəndaşlardan sosial müdafiə, əmək mübahisələri, işdən çıxarılma, ixtisar olunma, məhkəmə, milli təhlükəsizlik orqanlarının fəaliyyəti, maliyyə və bank, məişət, sənaye, sahibkarlığın inkişafı, səhiyyə, kənd təsərrüfatı məsələləri barəsində müraciətlər əvvəlki ilə nisbətən artıb. Bəzi mövzular, o cümlədən şəhər və rayon icra hakimiyyətlərinin və bələdiyyələrin, polis və prokurorluq orqanlarının fəaliyyəti, nəqliyyat, ekologiya və təbii sərvətlər, torpaq, təbii fəlakət hadisələri, şəhərsalma və tikinti, evlərin, mənzillərin sənədləşdirilməsi, mənzil məsələləri barədə müraciətlərin sayı nisbətən azalıb. Prezident Administrasiyasına daxil olan müraciətlərin sayının təhlili göstərir ki, bir sıra şəhər və rayonlardan əvvəlki illə müqayisədə müraciətlərin sayı müəyyən qədər artıb. Bu baxımdan Bakı şəhərinin bəzi rayonlarını, Yevlax, Ağcabədi, Ağstafa, Balakən, Bərdə, Göygöl, Laçın, Lerik, Neftçala, Salyan, Tovuz, Yardımlı, digər şəhər və rayonları göstərmək olar. Müraciətlərin sayının əvvəlki ilə nisbətən azaldığı rayonlar isə Bakı şəhərinin ayrı-ayrı rayonları, Cəbrayıl, Füzuli, Kəngərli, Kürdəmir, Ordubad, Sədərək, Şahbuz, Şuşa, Zaqatala, Zəngilan, başqa şəhər və rayonlardır. Əhalinin hər 1000 nəfərindən Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı orta respublika göstəricisinə nisbətən 2015-ci ildə Bakı şəhəri və onun Xəzər, Qaradağ rayonlarından, Mingəçevir, Naftalan, Beyləqan, Bərdə, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Lerik, Yardımlı, Zəngilan, digər şəhər və rayonlardan yüksək olub.

Məqalədə qeyd edilir ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin müvafiq şəhər və rayonun kənd və qəsəbələrini nə dərəcədə əhatə etməsi, yəni, bu müraciətlərin coğrafiyası da az əhəmiyyət daşımır. Bəzi rayonların qəsəbə və kəndlərinin bir çoxundan Prezident Administrasiyasına müraciət daxil olur. Məsələn, Yevlax, Ağdaş, Ağstafa, Beyləqan, Cəlilabad, Daşkəsən, Göygöl, İmişli, Qazax, Neftçala, Samux, Şəmkir, Zaqatala, başqa şəhər və rayonları misal göstərmək olar. Təkrar müraciətlər isə Bakı şəhəri və onun bəzi rayonlarından, eləcə də Şəki, Yevlax, Ağcabədi, Ağstafa, Balakən, Göyçay, Kəlbəcər, Laçın, Masallı, Saatlı, Şəmkir, Ucar, digər şəhər və rayonlardan daha çox olub. Təkrar müraciətlərin sayı Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarından, həmçinin Pirallahı, Naftalan, Xızı, Xocavənd, Qax, Qobustan, Qusar, Neftçala, Oğuz, Samux, Şuşa, Zəngilan, digər şəhər və rayonlardan daha az olub. Təkrar müraciətlərdən böyük əksəriyyəti məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyəti, sahibkarlıq, mənzil və məişət məsələləri barəsindədir. Prezident Administrasiyasına daxil olan şikayətlərin də sayı az deyil. 2015-ci ildə respublikanın şəhər və rayonlarından daxil olan şikayətlərin öyrənilməsi göstərir ki, hələ də onların bəzilərində şikayətlərin sayı müxtəlif mövzular üzrə kifayət qədər çoxdur və bu da müəyyən narahatlıq doğurmaya bilməz. Ayrı-ayrı şəhər və rayonlar üzrə şikayətlərin sayının əvvəlki ilə nisbətən yüksək olduğu diqqəti cəlb edir. Məsələn, Bakı şəhərinin ayrı-ayrı rayonlarında, Ağcabədi, Ağstafa, Bərdə, Göyçay, Göygöl, Qazax, Neftçala, Saatlı, Şamaxı, Tovuz, Yardımlı və digər şəhər və rayonlarda belə artım müşahidə olunur. Şikayətlərin ümumi sayının azalması isə Bakı şəhərinin bəzi rayonlarından, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Ağdaş, Babək, Beyləqan, Füzuli, İmişli, Kürdəmir, Qubadlı, Qusar, Lerik, Oğuz, Ordubad, Sədərək, Şahbuz, Ucar, Zəngilan, digər şəhər və rayonlardan daxil olan müraciətlərdə özünü göstərib. Nəzərə almaq lazımdır ki, şikayətlər o zaman azalır ki, ilk növbədə, onların yaranma səbəbləri aradan qaldırılır. Bu baxımdan Azərbaycanda korrupsiyanın, bürokratiya və süründürməçiliyin kökünün kəsilməsinə xidmət edən, ölkə Prezidentinin bilavasitə təşəbbüsü və dəstəyi ilə yaradılan “ASAN xidmət”in fəaliyyətini qeyd etmək lazımdır.

Məqalədə vurğulanıb ki, 2015-ci ildə daxil olan şikayətlərin mövzularına nəzər salsaq, 2014-cü illə müqayisədə bəzi mövzular üzrə onların azaldığını görürük. İctimai-siyasi, mənzil, şəhərsalma və tikinti, əmlak, mədəniyyət və turizm, kənd təsərrüfatı, qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, ekologiya və təbii sərvətlər, evlərin, mənzillərin, torpaq və bağ sahələrinin sənədləşdirilməsi, sahibkarlıq üçün torpaq sahələrinin ayrılması, prokurorluq və polis orqanlarının fəaliyyəti, ictimai asayişin qorunması, meliorasiya və su təsərrüfatı, yolların və yol qovşaqlarının tikintisi, yaşıllıqların və meşələrin mühafizəsi, hərbi qulluqçuların sosial müdafiəsi, qaz və istilik təchizatı, sayğacların quraşdırılması, kommersiya-istehsalat obyektlərinin, fərdi evlərin tikintisinə icazə verilməsi, yerli qurumlarda vətəndaşların qəbulu və müraciətlərə baxılması və sair mövzuları buna misal göstərmək olar. Prezident Administrasiyasının şöbə müdiri bəzi mövzular üzrə şikayətlərin sayının artmasına da diqqət çəkib: “Bunlardan bank əməliyyatları, kreditlər, sığorta məsələləri, aqrolizinq, baytarlıq və fitosanitar xidmət, istehlak məhsullarının keyfiyyəti və qiymətləri, otlaq və örüş sahələrinin verilməsi, orta təhsil, sərnişin nəqliyyatı məsələləri, əməkhaqqı və əmək mübahisələri, zəbt olunmuş mənzillərin boşaldılmaması, məhkəmə qərarlarının icrası, icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin, vəzifəli şəxslərin, milli təhlükəsizlik orqanlarının, bələdiyyələrin fəaliyyəti və digər məsələləri qeyd etmək olar. 2015-ci ildə hüquq mühafizə, o cümlədən polis orqanlarının fəaliyyəti ilə əlaqədar ərizə və şikayətlərin sayı ötən ilə nisbətən azalıb. Lakin Binəqədi, Xətai, Xəzər, Nizami, Səbail, Lənkəran, Sumqayıt, Gəncə, Biləsuvar, Goranboy, Tovuz, digər şəhər və rayonların polis orqanlarının fəaliyyəti barədə ərizə və şikayətlərin sayı nisbətən çox olub. Prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar ərizə və şikayətlərin sayı əvvəlki ilə nisbətən 6,4 faiz azalsa da, Qaradağ, Nərimanov, Sabunçu, Suraxanı, Yasamal, Şirvan, Astara, Goranboy, Qazax, Quba, Sabirabad, Salyan, digər şəhər və rayonların prokurorluqlarının fəaliyyəti barədə müraciətlər daha çox olub. Bilavasitə məhkəmə orqanlarının və hakimlərin fəaliyyəti ilə bağlı ərizə və şikayətlərin təhlili göstərir ki, ayrı-ayrı şəhər və rayon məhkəmələrinin fəaliyyətindən narazılıq bildirən müraciətlər də az deyil. Bu baxımdan Nəsimi, Nizami, Suraxanı, Şirvan, Abşeron, Gədəbəy, Xaçmaz, İmişli, Kəpəz, Nizami (Gəncə), Tərtər, Zərdab, digər şəhər və rayonların məhkəmələrinin fəaliyyəti barədə müraciətlər nisbətən yüksək olub”.

Previous Post

Kreditlərlə bağlı şikayətlər artıb – PA rəsmisi

Next Post

Prezident Administrasiyası: 30-dək tikinti şirkətinin fəaliyyəti araşdırılır (SİYAHI)

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Prezident Administrasiyası: 30-dək tikinti şirkətinin fəaliyyəti araşdırılır (SİYAHI)

Prezident Administrasiyası: 30-dək tikinti şirkətinin fəaliyyəti araşdırılır (SİYAHI)

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.