"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

“Kredit oliqarxları”nın vəkili danışdı

17 İyun 2015 - 19:18
in GÜNDƏM
FacebookVatsap

93404Ötən ay hüquq-mühafizə orqanları tərəfindən bir-birinin ardınca saxlanılan “kredit oliqarxları”nın həbs dalğası cəmiyyətin və mətbuatın əsas müzakirə mövzusuna çevrildi.

Bunu da oxuyun

Prezident: 3 500-dən çox Azərbaycan vətəndaşı minalardan zərər çəkib

ANAMA sədri: 2020-ci ilin noyabr ayından Azərbaycanda minatəmizləməyə 590 milyon dollar ayrılıb

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

Beynəlxalq Banka kredit borcu olan bir neçə məşhur iş adamı bu dalğada həbs olundu. Onlardan bəziləri “Bandotdel”də dindiriləndən sonra sərbəst buraxılsa da bir neçəsi barədə məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçildi.

Saxlanılanlar arasında neft oliqarxı, “PNN Group”un təsisçisi, Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azİmport” şirkətinin rəhbəri, Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və digərləri vardı. Adıçəkilən şəxslər külli miqdarda – on milyonlarla pul mənimsəməkdə ittiham olunurlar.

Bu ittihamlar nə dərəcədə əsaslandırılıb? Əslində nə baş verir?

Virtualaz.org saytının bu və digər suallarını “kredit oliqarxları”ndan ikisinin – Nizami Piriyevin (N.Piriyev artıq azad olunub-red.) və Adil Hüseynovun hüquqlarını müdafiə edən vəkil Kamandar Nəsibov cavablandırır.

– Müdafiə etdiyiniz şəxslərə qarşı dələduzluq və kredit vəsaitlərinin mənimsənilməsi kimi ciddi ittihamlar irəli sürülüb. Lakin heç biri ittihamlarla razılaşmayıb. Bu barədə nə deyə bilirsiniz?

– İttihama görə, guya bir qrup şəxs əlbir olaraq və Beynəlxalq Bankı aldatmaq yolu ilə onların etibarından sui-istifadə edərək cinayət əlaqəsinə giriblər. Bu, uydurma bir ittihamdır, biz bu ittihamların heç biri ilə razı deyilik. Çünki ittihamın heç bir əsası yoxdur. Heç kim heç kimi aldatmayıb. Adil Hüseynova 318 milyon manat krediti mənimsəməklə bağlı ittiham verilib. Bu pul kredit şəklində şəxsən onun özünə verilməyib. Bu adam o pulları almayıb. Ayrılan kreditlər köçürülmə yolu ilə şirkətlərə köçürülüb. Adil Hüseynov tekstil və metaltökmə zavodunun sahibi olmayıb. Hər iki zavodun sahibi “İntermet” şirkətidir. “İntermet” şirkətinin sahibi isə iki digər şirkətdir. Biri “Golden Bat”dır, sahibi çeçen əsilli Hüseyn Marayevdir. Digər 50 faizin sahibi isə “Camelot Oil and Gaz” şirkətidir. Bu şirkətin sahibi isə Fransa vətəndaşı Xaqani Bəşirovdur.

Bu gün Adil Hüseynovu təcridxanaya salmaq nə dərəcədə qanunidir, nə dərəcədə məntiqlidir? Düzdür, o, Beynəlxalq Bankın rəhbərliyi tərəfindən ora nəzarətçi kimi qoyulmuşdu. Hər iki zavod Beynəlxalq Bankın kredit vəsaiti hesabına tikilib. Tikinti 2003-cü ildə başlayıb. Tekstil zavodu 3 ildir ki, fəaliyyət göstərir. Həmin zavodun açılışında Beynəlxalq Bankın rəhbəri, Dubay şeyxi, Azərbaycanın vergi orqanlarının nümayəndələri də iştirak edib. Təxminən 200-ə yaxın işçisi var idi, işçilərin 95 faizi qovulub, işsiz qalıb. Onların 50-60 nəfəri Azərbaycan vətəndaşları idi, Dubayda işləyirdilər. Bir daha deyirəm ki, bu işdə dələduzluq məsələsi yoxdur.

“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi, dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Lakin bankla vətəndaş arasında bağlanmış kredit müqavilələri tərəflər üçün müəyyən öhdəliklər yaradır. Bu öhdəliklərin icra edilməməsinə görə şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi qanunvericiliyə ziddir. Həmçinin ölkəmizin tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı protokolda da qeyd edilir ki, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu, həmçinin gələcəkdə hüquq-mühafizə orqanları üçün neqativ təcrübəyə çevrilə bilər. Nəzərə alaq ki, bu gün ölkədə banklardan pul götürüb, sonradan müəyyən səbəblərə görə onu ödəmək imkanı olmayan şəxslər var. Belə məsələlər birmənalı olaraq mülki məhkəmə icraatı qaydasında həll edilməli olan işlərdir.

– Amma ölkədə dələduzluq cinayətlərinin sayının son vaxtlar artdığı deyilir. Ötən həftə Ali Məhkəmənin Plenumunda Prezident Adminstrasiyasının şöbə müdiri Fuad Ələsgərov dedi ki, son illərin statistikasına görə, cinayət məsuliyyətinə cəlb edilən, məhkum olunan şəxslərin ümumi sayının orta hesabla 7 faizini dələduzluq cinayəti törədənlər təşkil edir. Sizcə, insanları dələduzluq etməyə nə vadar edir?

– Həqiqətən də ölkəmizdə dələduzluq halları çoxalıb, baş alıb gedir. Bunun səbəbləri iqtisadi çətinliklər, bəzi insanların əziyyət çəkmədən gəlir əldə edərək varlanmaq istəmələri ilə bağlıdır. Bir də görürsən ki, 10-15 ilin dostu adama qarşı dələduzluq edir. Öncə özünə qarşı inam yaradır, sonradan məlum olur ki, səni aldadıb. Əsas problem də ondan ibarətdir ki, vətəndaşlar hüquqi məsləhət almamış belə bir işə qol qoyurlar. Ən çox aldanılma halları özünü işədüzəlmə, torpaq və MTK məsələlərində göstərir. Bir də xəbər tuturlar ki, bir mənzil bir neçə nəfərə satılıb. Təbii ki, burada qanunvericiliyin də bəzi qüsurları mövcuddur. Misal üçün qeyd edə bilərikl ki, MTK ilə bağlı məsələlərdə qanunvericiliyin qüsurları var. Belə ki, bina tam tikilib təhvil verilməyənə qədər dövlət qeydiyyatına düşmədiyindən mənzillərin satışına nəzarət etmək mümkün olmur. Belə olan halda eyni bir mənzil heç bir problem yaranmadan bir neçə şəxsə satıla bilir. Qanunvericilikdə bununla bağlı müvafiq dəyişikliklər etməklə dələduzluğun qarşısını xeyli almaq mümkündür.

– Dələduzlar adətən bəzi məmurların, yüksək vəzifəli şəxslərin adından istifadə edir. Hansısa dələduzun yalan ifadəsi əsasında bəzən normal adamlara da şər atır, dələduz adlandırır və həbs edirlər…

– Əminliklə deyə bilərəm ki, bu gün məhkəmələrimizdə kifayət qədər savadlı, nüfuzlu hakimlər var. Lakin təəssüf ki, hakimlər özləri sərbəst surətdə, müstəqil qərarlar qəbul edə bilmirlər. Belə ki, qərar qəbul etməmişdən qabaq hakimlər sədrlərə məruzə etməli olurlar. Gələcəkdə qəbul edilən qərarla bağlı hansısa problem yaranarsa, məruzə etdikləri şəxsi deyil, qərara imza atan hakimin özü cəzalandırılır, işdən çıxarılır. Hakimlər işdə qalmaq xatirinə müxtəlif təsirlərə dözmək məcburiyyətində qalırlar. Rayon məhkəmələrinin birində belə bir halla bir dəfə hətta özüm də rastlaşmışdım. Təsəvvür edin ki, hakim boşanma işinə görə məhkəmə sədrinə məruzə etmədiyinə görə sədr onu cəzalandırmaq istəyirdi. O da telefonda dedi ki, cənab sədr, mən boşanmanı da məruzə etməliyəmmi. İnanın ki, indiki halda boşanmanı da məruzə edirlər. Məhkəmə sistemindən razıyam, amma kaş ki, hakimlər özləri müstəqil qərar çıxara biləydilər.

Bir müddət əvvəl mən sabiq hakim Həsən Əliyevlə bağlı hökmü oxudum. Bu sözün əsl mənasında biabırçılıqdır. Həmin cinayət işi üzrə ittiham aktı hökmdən qat-qat yaxşı idi. Hökmün əvvəli ilə axırı düz gəlmir. Uzun müddət məhkəmə istintaqı aparılıb. Hakimlər isə məhkəmə istintaqı zamanı üzə çıxan faktlara məhəl qoymadan zərərçəkmiş tərəfin gətirdiyi şahidin “pul mənbəyi” ilə bağlı ifadəsinə istinad edib əsassız hökm çıxarıblar. Cəmisi bir həftədən sonra Məhkəmə-Hüquq Şurasında həmin cinayət işinə sədrlik edən hakimə töhmət verildi. Düzdür, bu, Həsən Əliyevin işi ilə bağlı deyildı. Bu, da bir daha onu göstərir ki, hakimlər nə qədər sözə baxsa da nəticədə onlar lazım olanda cəzalandırılacaq. Həmin cinayət işi üzrə məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar Həsən Əliyevin təqsirsizliyini sübut etməklə ədalətli, yəni bəraət hökmü çıxarmağa imkan verirdi. Lakin hakimə verilən göstəriş elə oldu ki, onun özü də çaş-baş qaldı.

– Bəzən vəkillərin özünün də hüquqlarının qorunmasına ehtiyac duyulur. Yəni məhkəmə qarşısında dayanmalı olurlar. Amma bu dəfə vəkil kimi yox…

– Biz keçmiş hakimləri, vəkilləri, prokurorluq işçilərini də müdafiə etmişik. Hər kəs bilməlidir ki, o, bir gün məhkəmə sistemində olan bəzi çatışmazlıqların qurbanı ola bilər. Heç kim heç nədən sığortalanmayıb.

– Siz “kredit oliqarxları”nın hüquqlarının müdafiəsinə başlayanda cəmiyyətdə belə fikirlər səsləndi ki, bu, şəxsi tanışlıqdan irəli gəlir. Doğrudanmı belə idi?

– Xeyr. Əlbəttə, heç vaxt təsadüfən yanıma gələn olmayıb. Müdafiə etdiyim bir neçə nəfərlə şəxsi tanışlığımız var. Müştərilərimin 20 faizi əvvəllər hüquqi yardım göstərdiyim şəxslərin ya qohumları, ya da tanışları olur. Tanınmış vəkillərin əksəriyyəti bu cür işləyir. Necə deyərlər, müştəri müştəri gətirir. Vəkillikdə ən əsas məsələ odur ki, işə vicdanla yanaşasan.

– Bu gün vəkillər vəkillik gəlirləri ilə dolana bilirlərmi?

– Əminliklə deyə bilərəm ki, bəli. İşinə vicdanla, biliklə, professional yanaşan vəkil əlbəttə, rahat şəkildə dolana bilər.

– Vəkillik fəaliyyəti dövründə kimlərisə müdafiə etdiyinizə görə hər hansı bir təzyiqlə üzləşmisinizmi?

– Mən artıq 23 ildir vəkil işləyirəm. Bu illər ərzində cürbəcür ağır, ictimaiyyətdə maraq doğuran işlərə çıxmışam. Bir çox yüksək vəzifəli, cəmiyyətdə kifayət qədər tanınmış, nüfuzlu şəxslərin hüquqlarını müdafiə etmişəm. Mənə indiyə qədər heç bir təzyiq olmayıb. Belə hallarla qarşılaşmamışam. Amma “kredit oliqarxları” ilə bağlı məsələlərdə vəkillərin üzləşdiyi problemlər var. Ancaq bunu təzyiq kimi qiymətləndirmək olmaz. Məsələ burasındadır ki, müvəkkilimizlə görüşməyimizə əngəllər yaranır. Bu işi elə qurublar ki, guya bir vəkil iki şəxsi müdafiə edə bilməz. Mən Adil Hüseynovu müdafiə edirəm. Adil Hüseynovun Nizami Piriyevlə nə əlaqəsi var? Müstəntiq deyir ki, bunlara eyni yerdən kredit verilib. Adil Hüseynova göstəriş verən Beynəlxalq Bankın rəhbərliyi olub. Hansı rəhbər tutulub, kimə ittiham irəli sürülüb? Cinayət-Prosessual Məcəlləsinə əsasən, o zaman iki şəxsin eyni anda vəkili olmaq olmaz ki, həmin şəxslərin mənafeləri arasında ziddiyyət olsun. Adil Hüseynov və Nizami Piriyevin mənafeləri arasında heç bir ziddiyyət mövcud deyil. Həmçinin bəzən görürsən, müdafiə etdiyin şəxslərə hədə-qorxu gəlirlər ki, vəkildən imtina edin. Hətta bir dəfə yanımda belə bir hal da olub.

-Kim olub?

-Ad çəkmək istəmirəm…Ötən ay hüquq-mühafizə orqanları tərəfindən bir-birinin ardınca saxlanılan “kredit oliqarxları”nın həbs dalğası cəmiyyətin və mətbuatın əsas müzakirə mövzusuna çevrildi.

-Ad çəkmək istəmirəm…

Previous Post

“Kredit oliqarxları”nın vəkili danışdı

Next Post

Neft ucuzlaşıb

Bənzər yazılar

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident: 3 500-dən çox Azərbaycan vətəndaşı minalardan zərər çəkib

02 Sentyabr 2026 - 11:48

Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla,...

ANAMA sədri: 2020-ci ilin noyabr ayından Azərbaycanda minatəmizləməyə 590 milyon dollar ayrılıb

ANAMA sədri: 2020-ci ilin noyabr ayından Azərbaycanda minatəmizləməyə 590 milyon dollar ayrılıb

02 Sentyabr 2026 - 11:09

Mina problemini heç bir ölkə təkbaşına həll edə bilməz. Elchi.az xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov IV...

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

01 Sentyabr 2026 - 17:03

Böyük siyasətdə təsadüflərə yer yoxdur. İlk baxışdan hətta təsadüfi hesab olunan hadisələr belə zamanla möhtəşəm geosiyasi gedişatın unudulmaz rəmzinə çevrilə...

İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir – CANLI

31 Avqust 2026 - 18:45

Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev...

Next Post

Neft ucuzlaşıb

Dollar və avroda son vəziyyət

Son xəbərlər

ABŞ-dən xəbərdarlıq: Ukrayna və İran münaqişələri enerji bazarına təzyiq edir

02 Sentyabr 2026 - 18:03
Rəhim Həsənov Premyer Liqanın III turunun mübahisəli epizodlarını şərh etdi

02 Sentyabr 2026 - 17:55
Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

02 Sentyabr 2026 - 17:44
Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb

02 Sentyabr 2026 - 17:35
“Neftçi”də növbəti ayrılıq – Kenan Piriçlə müqaviləyə xitam verildi

02 Sentyabr 2026 - 17:28
Səfirlik Şəkidə dağda xəsarət alan Niderland vətəndaşına yardıma görə Azərbaycana təşəkkür edib

02 Sentyabr 2026 - 17:15
Azərbaycan və Türkmənistan arasında konsulluq məsləhətləşmələri keçirilib

02 Sentyabr 2026 - 17:08
Kürdəmir və İmişlidə yeni avtovağzal xidməti təşkil ediləcək

02 Sentyabr 2026 - 16:59
5 müntəzəm marşrut “brutto müqavilə” sisteminə qoşulub

02 Sentyabr 2026 - 16:47
ƏƏSMN-nin xidmətləri ilə bağlı e-sorğu davam edir

02 Sentyabr 2026 - 16:40
AK Kiyevin “Patriot” raketləri üçün milyardlarla avroluq sorğusunu dəyərləndirir

02 Sentyabr 2026 - 16:33
Estoniya parlamenti yeni prezidentini seçib

02 Sentyabr 2026 - 16:25
Lisey və gimnaziyalarda seçimlərin II mərhələsi üzrə qəbul nəticələri açıqlanıb

02 Sentyabr 2026 - 16:18
Bakıda 71 məzun məktəbi qızıl və gümüş nişanla bitirib

02 Sentyabr 2026 - 16:10
Aİ xarici siyasət xidmətini yenidən qurur: Kallasın qurumunu nə gözləyir?

02 Sentyabr 2026 - 16:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com