"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Kredit borcları vətəndaşlara siyasi təzyiq vasitəsidir?

27 Yanvar 2015 - 18:28
in İQTİSADİYYAT
FacebookVatsap

img1732964Ekspertlər yaxın dövr üçün kreditlərin həcminin daha da artacağını proqnozlaşdırırlar

Bunu da oxuyun

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri

Ölkə əhalisinin banklara olan borcu ekspertləri narahat edir. Əksər ekspertlər bildirirlər ki, borclanma vətəndaşı təzyiq, cəmiyyəti basqı altında saxlama vasitəsidir. Onların fikrincə, borcu olan vətəndaşın ictimai və sosial fəallığı azalır, ölkədəki proseslərə diqqət ayırmaq istəmir. Ancaq ekspertlərin bu mövzuda fikirləri fərqlənir.
Ekspert Natiq Cəfərlinin sözlərinə görə, belə bir nəzəriyyə digər ölkələrdə də mövcuddur: “Bu, tək Azərbaycana aid bir məsələ deyil. Bir çox ölkələrdə, hətta Türkiyədə də bu barədə ciddi müzakirələr gedir. Onların ana müxalifət partiyası, digər müxalifət partiyaları, ekspertlər, yazarlar çox ciddi şəkildə bu məsələni müzakirə edirlər. Yəni bildirilir ki, hökumət bütün əhalini “kredit iynəsi”nə otuzdurub və siyasətdən aralamaq yolunu tutub. İnsanlar ancaq işləyib, qazanıb, kreditlərini ödəmək haqqında düşünürlər. Ölkədə olan prosesləri diqqətlə izləmirlər. Yəni belə bir nəzəriyyə var. Ola bilər ki, Azərbaycanda da belə bir yol tutulub. Hazırda Azərbaycanda problem ondan ibarətdir ki, bank sektoru çox kiçik və kövrək bir sektordur. Artıq rəsmi rəqəmlərə görə, 1 milyard manatdan artıq toksik kreditlər var. Yəni banklarda geri qaytarılması mümkün olmayan kredit portfeli mövcuddur. Bu, çox böyük bir məbləğdir. Azərbaycan kimi kiçik dövlətin kiçik bank sektoruna çox böyük çətinliklər yarada bilən bir məbləğdir. Əgər bu, düşünülmüş siyasət olsa belə, bunun özündə də Azərbaycandakı hökumətin önəm verdiyi stabilliyə ciddi təsirlər törədən elementlər var. Ən azından bank sektorunda getdikcə bu problemlər artır. Bank sektorunda çöküş baş versə, bu, bütün ölkələrin iqtisadiyyatına yayıla bilər. Bu isə ümumiyyətlə, ölkədə sosial vəziyyəti kəskin şəkildə pisləşdirə bilər. Yəni bankların batması, həm də əmanətçilərlə problemlərə gətirib, çıxara bilər. Yəni düşünülmüş siyasət varsa, yaxın gələcəkdə biz bunun fəsadlarını da görə bilərik. Çünki toksik kreditlərin, yəni geri qayıtmayan kreditlərin həcmi artdıqca bank sektoruna basqı artacaq. Bank sektorunda hər hansı bir çöküş olsa, bu, ümumiyyətlə sosial gərginliyi həddindən artıq yüksək səviyyəyə çatdıra bilər. Çünki bu günün özündə belə, beş çox kiçik bankın bağlanacağı haqqında məlumatların dolaşması insanlarda gərginlik yaradır. Bu, gələcəkdə hansısa digər banklarda da belə problemlərin yaşana biləcəyi ehtimalını yüksəldir. Ona görə də bu tipli məlumatlar və bu tipli siyasət heç də həmişə gözlənilən nəticələri vermir. Bunun hökumət üçün dırnaqarası müsbət cəhətləri olsa belə, mənfi cəhətləri də var. Hətta getdikcə bu mənfi cəhətlər daha ağırlaşmağa başlayacaq”.
Ekspert Qubad İbadoğlu isə bildirir ki, yaxın dövr üçün kreditlərin həcminin daha da artması gözlənilir:“Düşünmürəm ki, bu, cəmiyyəti asılı vəziyyətdə saxlamaqdır. Çünki demokratik cəmiyyətlərdə də, məsələn ABŞ-da da belə kredit borcları kifayət qədər çoxdur. Çünki həm sahibkarlar, həm də ev təsərrüfatları, adətən, bankların kredit vəsaitləri hesabına maliyyələşdirirlər. Kredit qoyuluşları kifayət qədər yüksəkdir. Azərbaycanda bir çox banklar öz səhv siyasətlərinin nəticəsində kreditlərin həcmini artırır. Bu, təhlükəli tendensiyanı formalaşdıra bilər. Krediti götürən şəxsin banklara tarixçəsi var, banklar buna nəzər salmır. Hətta on banka kredit  borcu olan şəxsə 11-ci bank da kredit verir. ABŞ-da, Avropada banklar buna heç vaxt yol vermirlər. Onlar kredit tarixçəsi əsasında qərar qəbul edirlər. Təəssüflər olsun ki, bizdə kredit götürənlərin tarixçəsi olmasına baxmayaraq, yenə də banklar bu kreditləri çox böyük həvəslər ayırırlar. Krediti götürən adamlar da bir bankdan alıb, digər bankın kredit borcunu bağlayırlar. Bu da piramida effekti yaradır. Nə vaxtsa bu, ciddi şəkildə krediti qaytarmaq sahəsində problemlərin qabarıq formada ortalığa çıxmasına səbəb olacaq. Bu baxımdan, kifayət qədər böyük məbləğlərdə, milyardlarla istifadə olunan kreditlərin hesabına vətəndaşların borclu qalması məsələnin iqtisadi tərəfidir. Məsələnin siyasi tərəfinə gəlincə isə, təbii ki, krediti olan insanlar asılı vəziyyətdədirlər. Ancaq burada bankların məqsədləri korporativ məqsədlərdir. Amma onu demək istəyirəm ki, Rusiyadakı vəziyyət və neftin ucuzlaşması səbəbindən investisiyaların maliyyələşdirilməsinin azaldılması və yaxud kəsilməsi son nəticədə əhalinin özünün də sərbəst maliyyələşməsinə gətirib, çıxaracaq. Bu problem getdikcə şiddətlənəcək və kreditlərin həcmi, həmçinin geri qaytarılmayan kreditlərin ümumi kredit portfelində payı sürətlə artacaq. Bu, gələcəkdə sosial gərginliyə gətirib, çıxara bilər. Bununla bağlı Azərbaycan hökuməti və Mərkəzi Bankı narahatdır”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği artıb. Bu məbləğ 19,1 faiz artaraq, əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla, 18,2 milyard manata çatıb. Kreditlərin 79,5 faizi uzun müddətə verilib, 5,4 faizinin isə ödəmə vaxtı keçib.
Previous Post

Kredit borcları vətəndaşlara siyasi təzyiq vasitəsidir?

Next Post

Başı kəsilən hacıxanım ərinə gənc oğlanla xəyanət edirmiş

Bənzər yazılar

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 3 vaqon buğda, 2 vaqon arpa, 1 vaqon gübrə göndəriləcək. Elchi.az xəbər verir ki, vaqonlar bu...

“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Elchi.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.72 ABŞ...

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, iyunun 4-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. Elchi.az xəbər verir ki, onilliklər ərzində aparılan tədqiqatların məlumatları göstərir...

Next Post

Başı kəsilən hacıxanım ərinə gənc oğlanla xəyanət edirmiş

Başı kəsilən hacıxanım ərinə gənc oğlanla xəyanət edirmiş

Son xəbərlər

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.