"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Başı kəsilən hacıxanım ərinə gənc oğlanla xəyanət edirmiş

27 Yanvar 2015 - 18:59
in XƏBƏR LENTİ
FacebookVatsap

img1732968Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nərimanov rayonunda dəhşətli qətl hadisəsi törədilib. Belə ki, adıçəkilən rayonun Montin qəsəbəsi, Aşıq Qərib küçəsi 69 A ünvanında yaşayan 1971-ci il təvəllüdlü İlham Elləz oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məhəbbət Nəriman qızı Süleymanovanın başını kəsərək qətlə yetirib.

Bunu da oxuyun

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Qeyd edək ki, hadisədən dərhal sonra Nərimanov Rayon Prokurorluğunun və rayon polis idarəsinin əməkdaşları olay yerinə yollansalar da, hüquq mühafizə orqanları hələlik məsələ ilə bağlı ətraflı məlumat verməyiblər. Odur ki, biz qətlin təfərrüatını öyrənmək, İlham Süleymanovun həyat yoldaşını hansı səbəbdən öldürməsinə aydınlıq gətirmək məqsədilə sözügedən ünvana getdik.
Sözün açığı, Aşıq Qərib küçəsini tapmaq o qədər də asan olmadı. Lakin çətin də olsa, sonda qeyd olunan ünvana çatdıq. Dar məhəllədən içəri daxil olduqda İlham Süleymanovun yaşadığı evin qarşısında bizi iki nəfər qarşıladı. Onlardan biri yaşlı, digəri isə gənc idi. Ağsaqqal bizi gördükdə mətbuat nümayəndəsi olduğumuzu bildi və «Oğul, düz gəlibsiniz, bu evdir» dedi.
Söhbət zamanı məlum oldu ki, həmin yaşlı kişi İlham Süleymanovun atası Elləz Süleymanovdur. Oğlunun Bakı Metropolitenində elektrik-mexanik işlədiyini deyən ata gəlini Məhəbbət Süleymanovanın məhz namus üstündə öldürüldüyünü bildirdi:
“Mən İlhamın atasıyam. Biz əslən Qərbi Azərbaycandanıq. Gördüyünüz kimi, biz qonşuyuq. Evlərimiz yan-yanadır. Hadisə dünən günorta radələrində baş verib. Polislər gəldikdə artıq saat 2 idi. Oğlum hadisəni törətdikdən sonra evinin qapısını bağlayıb, açarları götürüb könüllü surətdə polisə təslim olub. O, evinin açarlarını polis rəisinə verib və “Arvadımı öldürdüm. Cəsədi evdədir. Gedin, onu çıxarın” deyib. Bundan sonra polislər, prokurorluğun əməkdaşları bura gəldilər. Təxminən 10-15 nəfər idilər. Onlar cəsədi maşına qoyub, morqa apardılar. Bu gün isə artıq meyiti Məhəbbət Süleymanovanın atasıgilə təhvil veriblər. Gəlinin adamları Sabunçu rayonunda yaşayırlar. Bu gün orda yas mərasimidir. Qeyd edim ki, gəlinim də əslən Qərbi Azərbaycandandır. O da bizimlə bir kənddən, Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Hallavar kəndindən idi».
Elləz Süleymanovun sözlərinə görə, dünən axşam saatlarında Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları yenidən oğlunun yaşadığı evə gəlib araşdırma aparıblar:
“Onlar təxminən bir saata yaxın evdə nəsə axtardılar. Hər yerə baxdıqdan sonra qapını bağladılar. Açarı götürüb gedəndə mənə “Dayı, çalışın heç kim evə girməsin. Burda sizlik bir şey yoxdu” dedilər. Biz də deyilənə əməl etdik. Heç kim İlhamın evinə girmədi”.
Oğlunun 3 övladının olduğunu deyən ata hadisə ilə bağlı yanlış məlumat verən bir sıra media qurumlarını tənqid etdi: “İlhamın 3 uşağı var. Böyük oğlunun 17 yaşı, ortancıl oğlunun 16, qızının isə 10 yaşı var. Bəzi mətbuat orqanları yazır ki, guya bu, İlhamın ikinci evliliyi olub. Bu, düz deyil. Onlardan tələb edirəm ki, ağlına gələni yazmasınlar. Gəlsinlər, yerində araşdırsınlar».
İlham Süleymanovun həyat yoldaşı Məhəbbət Süleymanovanı namus məsələsinə görə qətlə yetirdiyini vurğulayan Elləz Süleymanov gəlininin Həcc ziyarətindən gəldikdən bir müddət sonra gənc bir oğlanla çılpaq fotoşəkil çəkdirdiyini, həmin şəxslə sevişdiyini qeyd etdi:
“Oğlum bir müddət öncə arvadından şübhələnməyə başlamışdı. Həmin vaxt məsələ böyüdü və gəlinin qardaşları, valideynləri bura gəldilər. Biz onlara hər şeyi danışdıq, Məhəbbətin namussuz olduğunu, əxlaqsızlıq etdiyini, özünü küçə qadını kimi apardığını dedik. Qeyd edim ki, gəlin bir müddət əvvəl Həcc ziyarətinə getmişdi. O, özünü hacıxanım adlandırırdı. Ancaq özünü əxlaqsız qadın kimi aparırdı. Ziyarətə getmiş şəxs namussuzluq edərmi? O, Həccdən gəldikdən sonra rayonlu oğlan uşağı ilə birlikdə lüt şəkillər çəkdirib. Məhəbbət həmin şəkilləri yastığının altında saxlayırdı. O şəkil bir gün oğlunun əlinə keçib. Uşaq görüb ki, anası oğlanla çılpaq vəziyyətdə şəkil çəkdirib. Uşaq az qalmışdı ki, əsəbdən dəli olsun. Nəvəm şəkli bizə göstərdi. Oğlumun ağlı başından çıxmışdı. Dərhal Məhəbbətin atasını, anasını, qardaşlarını çağırdıq və şəkli onlara da göstərdik. Qoy bilsinlər ki, qızları namussuz, əxlaqsızdır. Onların bütün qohum-əqrəbası məsələdən agah oldu. Bundan sonra gəlinin adamları onu götürüb apardılar. Məhəbbətə dedilər ki, sənin burda yaşamağa ixtiyarın yoxdur. Beləcə, gəlini apardılar. Lakin 5-6 gündən sonra, biz evdə olmadığımız vaxt gəlin anası ilə bura gəlib. Onlar evdə olan əşyaların yarısını götürüb maşına yükləyib, aradan çıxıblar”.
Elləz Süleymanovun sözlərinə görə, gəlini anası ilə birgə evi boşaltdıqdan bir müddət sonra yenidən evə qayıdıb: “Gəlinin qardaşları, valideynləri gəlib oğluma minnətçi düşürlər ki, qızımızı bağışla. Beləcə, Məhəbbət yenidən evə qayıdır. Təxminən bir həftə ərzində İlhamgilin evindən səs-səmir çıxmır. Ancaq bir həftədən sonra dava-dalaş başlayır. Onu da deyim ki, gəlinim heç də sakit adam olmayıb. Bunu qonşular da təsdiqləyə bilərlər ki, onun səs-küyü küçədən eşidilirdi. O, dəfələrlə ərini evə buraxmayıb. Çox tərbiyəsiz adam idi. Məhəbbətlə çılpaq şəkil çəkdirən oğlan gizli şəkildə hasardan evə daxil olub və səhərə kimi gəlinlə bir yerdə olub. Biz evdə olmadığımız vaxtda onlar qapını bağlayıb səhərə kimi min cür oyundan çıxırdılar. İş o yerə çatmışdı ki, İlham məcbur olub evin müxtəlif yerində gizli kamera quraşdırmışdı. Məhz bundan sonra hadisə aydın oldu. Məlum oldu ki, Məhəbbət həmin cavan oğlanla evdə əxlaqsızlıq edirmiş. Vallah, bala, heç bir kişi namus məsələsində sakit qala bilməz. Heç kim razı olmaz ki, onun arvadı başqası ilə yatıb-dursun. İlham bundan xəbər tutanda arvadının başını kəsdi və özü də könüllü surətdə polisə təslim oldu. O, bu cür namussuzluğa dözə bilmədi. Əslində, heç bir normal kişi buna dözə bilməzdi. Bizim millət qeyrətsizliyi götürmür”.
Oğlunun ailəsini normal dolandırdığını deyən ata gəlininin qonşulara, tanımadığı şəxslərə faizə pul verdiyini dedi:
“Oğlum Bakı Metropolitenindən 650 manat maaş alırdı. Bundan başqa, əlil olduğu üçün 60 manat təqaüd alırdı. Aylıq gəliri heç də az deyildi. Onun əlindən çox iş gəlir. İlham sənətkar kimi də peşəkar idi. O, təmir işləri də görürdü və qazandığı pulları evinə, həyat yoldaşına gətirirdi. Məhəbbət isə oğlumun qazandığı pulları faizə verirdi. Hamıya isə deyirdi ki, dolana bilmirəm, ərim yaxşı baxmır, pulumuz yoxdur. O qadın əsl «afiristka» olub. Oğlumun pullarını əlindən alıb ancaq özünə xərcləyirdi. Qonşuluqda Qazax rayonundan kirayənişin qalır. O, yazıq Məhəbbətə qul kimi işləyirdi. Qab-qacağını yuyur, evini silib-süpürür, bir sözlə nökərlik edirdi. Həmin qazaxlı qadının bir oğlu var. Məhəbbət bütün bunların qarşılığında onu ancaq yemək-içmək verirdi. Yəni qul kimi rəftar edirdi».
Söhbətin bu yerində Elləz Süleymanov oğlunun evinin qarşısında dayanan qırmızı rəngli «Hundai İ20» markalı, 90-FZ-028 dövlət nömrə nişanlı avtomobili göstərərək həmin maşının gəlininin olduğunu bildirdi: «Məhəbbət Həcc ziyarətindən qayıtdıqdan sonra ərinin pulları hesabına alıb. O, yazıq İlhamı dəli eləmişdi. Elə hey deyirdi ki, mən özümə maşın alacam. Axırda bazara gedib bunu aldı. Maşının hər hansı bir sənədi, gəlinin isə sürücülük vəsiqəsi yoxdur. Təcrübəsiz sürücü olduğundan maşını aldıqdan sonra iki dəfə qəza törədib. Maşını iki dəfə vurdurub. Bu maşın oğlumun əməyi hesabına alınsa da, Məhəbbət İlhamı ona yaxın buraxmırdı. Oğul, bir sözlə gəlin bizim başımıza olmazın oyun açdı, oğlumu bədbəxt etdi».

 

Previous Post

Başı kəsilən hacıxanım ərinə gənc oğlanla xəyanət edirmiş

Next Post

SON ERMƏNİ TƏXRİBATI: GECİKMİŞ YAZI VƏ YALNIZ BİR SUAL…

Bənzər yazılar

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41

Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-a çatdırılacaq. Bu barədə Elchi.az -a Azərbaycan...

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

14 Sentyabr 2026 - 22:38

İngiltərədəki "Great North Run" yarımarafonunun 25 yaşlı iki iştirakçısı qaçış zamanı vəziyyətləri pisləşdikdən sonra ölüblər. Elchi.az  xəbər verir ki, bu...

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

14 Sentyabr 2026 - 22:36

İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 23-də Nyu-Yorka (ABŞ) üçgünlük səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə hökumət başçısının...

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

14 Sentyabr 2026 - 22:33

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 daha nəfər xəsarət alıb. Elchi.az -ın xəbərinə görə, hadisə Alpout kəndində qeydə...

Next Post

SON ERMƏNİ TƏXRİBATI: GECİKMİŞ YAZI VƏ YALNIZ BİR SUAL...

SON ERMƏNİ TƏXRİBATI: GECİKMİŞ YAZI VƏ YALNIZ BİR SUAL...

Son xəbərlər

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41
İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

14 Sentyabr 2026 - 22:38
Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

14 Sentyabr 2026 - 22:36
Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

14 Sentyabr 2026 - 22:33
Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək

Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək

14 Sentyabr 2026 - 22:31
Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

14 Sentyabr 2026 - 20:17
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 - 20:14
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

14 Sentyabr 2026 - 20:11
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 - 20:07
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

14 Sentyabr 2026 - 20:04
Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

14 Sentyabr 2026 - 19:25
MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

14 Sentyabr 2026 - 19:12
MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

14 Sentyabr 2026 - 19:03
Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

14 Sentyabr 2026 - 18:56
İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

14 Sentyabr 2026 - 18:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.