Kral xəbərdarlıq etdi

🗓 31.08.2014 15:38 ✍️ "Elçi" qəzeti
Səudiyyə Ərəbistanının kralı Abdulla bin Əbdül Əziz Əl Saud sensasiyalı bəyanatla çıxış edərək, dünyaimg1627562 birliyini terrorla ciddi mübarizəyə çağırıb.
Axar.az-ın "Ria-Novosti"yə istinadən xəbərinə görə, bu barədə o, Ər-Riyadda xarici ölkələrin səfirləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, tez bir zamanda lazım tədbirlər görülməsə, yaxın aylarda terror aktları Amerika Birləşmiş Ştatları və Avropanı bürüyəcək. Bunula belə, kral qeyd olunan məkanlarda hansı terror təşkilatının iğtişaşlar törədəcəyinə aydılıq gətirməyib.
Kral həmçinin İŞİD-in insanlığa sığmayan vəhşi hərəkətlərini tənqid edib və əlavə eləyib ki, baş kəsib prosesi aşkar nümayiş etdirmək bütün mənəvi qaydalara, o cümlədən də islam dininin müqəddəs şərtlərinə ziddir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı terrorla mübarizə üçün Birləşmiş Millətlər Təşkilatının müvafiq strukturlarına 100 milyona yaxın pul köçürüb.
 

Bənzər yazılar