Kosmosa getmək istəyən İlon Mask pərəstişkarının alnına iş adamının adını döymə etdirib. Rodrigo America, bu yolla Maskın diqqətini çəkməyi hədəflədiyini söylədi.
Elchi.az xəbər verir ki, Braziliyalı sosial media fenomeni Rodrigo Americanın alnına iş adamı Elon Maskın adı döymə vurulub.
Metro-nun məlumatına görə, Amerika “Elon Maskın etdikləri, nə edəcəyi və insanları Marsa necə apardığı tarixə düşəcək. O, mənim ilham mənbəyimdir” deyib.
Amerika, döymə sayəsində insanları Marsa aparmağı planlaşdıran Maskın kosmik şirkət SpaceX-də könüllü sərnişinlərdən biri olmağa ümid etdiyini bildirdi.
Braziliya fenomeni, Insider-ə verdiyi açıqlamada, Tesla və SpaceX CEO-nun diqqətini çəkmək üçün döymə haqqında tez-tez paylaşdığını və bunun işlədiyini düşündüyünü ifadə etdi.
Yeganə