Konteynerdən ölü çıxdı

🗓 17.08.2014 08:36 ✍️ "Elçi" qəzeti

İngiltərədə Tilburi limanında gəmiylə daşınan konteynerdən onlarla qanunsuz miqrant aşkarlanıb.img1620099


ANS PRESS-in məlumatına görə, polis rəsmisi bildirib ki, boşaldılan konteynerdə limanın işçiləri 35 miqrant aşkar edib, onlardan biri ölüb, 2-i ağır xəstə vəziyyətdə olub. Qanunsuz miqrantları daşıyan gəmi Belçikanın Zibrüqer şəhərindən gəlib.

Ölən miqrantın kimliyi hələ dəqiqləşdirilsə də, Britaniya hüquq mühafizə orqanları konteynerdə acınacaqlı şəraitdə aşkarlanan insanların çoxunun Hindistan vətəndaşları olduğunu bildirib. 

Essex Rayon Polis İdarəsi insidentlə bağlı müstəntiqlərin Belçika polisi ilə əməkdaşlıq edir, aşkarlanmış meyitlə bağlı adam öldürmə maddəsi ilə cinayəti işi açılıb.

Bənzər yazılar