Konqo Demokratik Respublikasının şərqindəki Bukavu şəhərində məktəbdə baş verən yanğın nəticəsində uşaqlar da daxil olmaqla ən azı 17 nəfər həlak olub.
Elchi.az-ın xəbərinə görə, hadisə şahidi “Reuters” agentliyinə bildirib ki, 17 həlak olan kişi və uşağın cəsədinin təcili tibbi yardım maşınına yüklənməsinə kömək edib. Tibb mərkəzlərindən biri 10 nəfərin öldüyünü bəyan edib, digər xəstəxanadan isə 50-dən çox şagirdin qəbul edildiyini, onlardan 14-nün vəfat etdiyini bildiriblər.
Bukavu keçən ildən bəri Ruanda tərəfindən dəstəklənən AFC/M23 üsyançılarının nəzarəti altındadır. Yanğının səbəbi hələlik məlum deyil.
Alyansın koordinatoru Korney Nanqaa “Reuters”ə açıqlamasında ölənlərin dəqiq sayının hələ müəyyən edilmədiyini, lakin öz qiymətləndirməsinə görə bu rəqəmin təxminən 10 nəfər olduğunu deyib.
Məryəm





















