Kolumbiyanın Antioquia inzibati bölgəsində helikopterin qəzaya uğraması nəticəsində 4 polis məmuru həyatını itirib.
Elchi.az xəbər verir ki, Milli Polis Baş Direktoru Uilyam Salamanka X sosial media hesabında verdiyi açıqlamada hava qüvvələrinə məxsus Black Hawk tipli helikopterin Antiokiyadakı San Pablo kəndində qəzaya uğradığını təsdiqləyib.
Qəzada 4 polis məmuru həyatını itirib. Bölgəyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.
Prezident Qustavo Petro sosial media hesabında ölən polislərin ailələrinə başsağlığı verib.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Nuranə Məmmədova