Kolomina Paşinyanla görüşdü

106

NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolomina Ermənistanın Baş nazir Nikol Paşinyanla görüşüb.

Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.

Tərəflər Ermənistan-NATO tərəfdaşlığı və əməkdaşlığı ilə bağlı məsələləri müzakirə ediblər.

Həmçinin tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyinin, sabitliyinin təmin edilməsi və Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Yeganə