ABŞ-da heyvan hüquqları müdafiəçiləri pişiyi sahibinin əlindən alıblar. Bu qərarın səbəbi ev heyvanının sağlamlığı üçün pis nəticələrlə dolu olan piylənmə idi.
Elchi.az xarici mediaya istinadən bildirir ki, pişiyin adı Yamaq, çəkisi isə 18 kiloqramdır.
Heyvan şirniyyatlar və lazımsız yeməklərlə həddindən artıq qidalanıb. Yamaq sığınacağa gətiriləndə isə onu qaldırmaq üçün iki nəfər lazım idi.
Son məlumata görə, pişik indi ciddi pəhriz saxlayır. Ona könüllülər yox, yeni sahib nəzarət edəcək. Fotoşəkillər internetə səpələndikdən sonra Yamaq çox populyarlaşıb, buna görə də pişiyə sahib olmaq istəyən biri tez tapılıb.
Yeganə