Elchi.az xəbər verir ki,Serbiya prezidenti Aleksandar Vuçiç “Prva” telekanalında bildirib ki, Qərb nümayəndələri Belqradı NATO-ya üzv olmağa və Rusiyanı qorxutmağa çağırırlar, lakin bu, alyans üçün təhlükə yaradır.
Belqrad parlamentin 2007-ci il qərarı ilə hərbi neytrallığa riayət edir.
“Onlar bizə deyirlər ki, NATO-ya üzv olun, çünki Rusiya hamını təhlükəyə atacaq… NATO-ya daxil ola bilmərik, çünki NATO bizim üçün təhlükə yaratdı”, – Vuçiç bildirib.
O xatırladıb ki, aprelin 23-də NATO-nun Serbiya Radio və Televiziyasının binasına endirdiyi və 16 əməkdaşının həlak olduğu hava hücumundan 24 il keçir.
Nuranə Məmmədova