"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Köhnə paradiqmalar və Bakının yeni vizionu

19 May 2018 - 08:39
in MANŞET
FacebookVatsap


 

Bunu da oxuyun

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Tariximizin qəhrəmanlıq səhifəsi

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Bir aydan bir qədər artıq vaxt keçib. Ötən ayın 11-də səsvermə məntəqələrinə gedərək vətəndaşlarımızın mütləq əksəriyyəti Prezident İlham Əliyevə yenidən etimad göstərməsindən keçən müddət ərzində sağımızda-solumuzda cərəyan edən son dərəcə ciddi hadisələr ölkəmizdə seçkilərin payıza saxlanılmamasının əhəmiyyətini bir daha üzə çıxardı.

İstər Rusiya, İran, Türkiyə kimi qonşu dövlətlərin daxilində və başı üzərində gerçəkləşən ssenarilər, istərsə də torpaqlarımızın bir qismini işğal altında saxlayan Ermənistanda Serj Sərkisyan rejiminin iflasa uğraması fonunda Azərbaycanın öz daxili sabitliyini qoruyaraq, mərkəzi hakimiyyətin güclü bir şəkildə regionda gedən proseslərdə iqtisadi və hərbi baxımdan əsas lokal söz sahibi kimi çıxış etməsinin ciddi naliyyətlərə çevriləcəyinə artıq kimsə şübhə etmir. Bütün nailiyyətlərin təməlində isə üç başlıca amil dayanır:

1) Motivasiya

2) İradə

3) Zamanı dəyərləndirmə.

Bu məqamda bir haşiyə çıxmaq, məşhur üzgüçü, dünya rekordlarını dəfələrlə təzələmiş Florens Çedvikin əhvalatını xatırlatmaq yerinə düşər. La Manş kanalını həm İngiltərədən Fransaya, həm də Fransadan İngiltərəyə üzmüş Çedvikin ən böyük xəyalı Katalina adasından Kaliforniyaya qol atmaq idi. Onu televiziyadan izləyən milyonlarca insanın gözləri önündə, yaxınlıqdakı qayıqdan anasının və məşqçisinin bütün təkidlərinə rəğmən Kaliforniya sahillərinə lap az qalmış sudan çıxarılmasını istədi. 16 saat üzmüş, nə suyun soyuqluğu, nə də yan-yörəsindəki köpək balıqları onu məqsədindən döndərmişdi. Fəqət arzuladığı sahilə çox az qalmış suyu süzülə-süzülə qayığa mindirilmişdi. Bir neçə gün sonra verdiyi müsahibədə bu qərarının səbəbini belə açıqlamışdı: “Qurunu görə bilmirdim. Əgər görə bilsəydim, mütləq üzərdim”!

Bir neçə ay sonra o, yenidən okeana daldı və gözlərinin önünə sahildəki torpaqları gətirərək bütün rekordları təzələdi.

Bəli, Prezident İlham Əliyevin Azərbaycan üçün xərclədiyi böyük enerjinin, çəkdiyi misilsiz zəhmətin motivi bəllidir. Bu, birmənalı olaraq Azərbaycan sevgisi, qüdrətli Azərbaycan sevdasıdır. Cənab prezidentin nə qədər mətin və sarsılmaz bir iradə sahibi olmasını vurğulamağa da xüsusi ehtiyac yoxdur. Söhbətin məğzinə dönsək, Azərbaycanda seçkilərin erkən keçirilməsini indi – səsvermədən cəmi bir aydan azacıq çox vaxt keçmiş bir ərəfədə – dövlət başçımızın tam məqamında qərar vermək məharəti kimi qarşılamaq lazımdır.

Yuxarıda diqqət çəkdiyimiz kimi, ətrafımızdakı ölkələrdə baş verən hadisələr fonunda isə cənab İlham Əliyevin prezidentliyinin yeni dönəmində xalqımıza verəcəyi maksimum töhfələri onun, obrazlı desək, məhz “qurunu görmək” bacarığının bariz ifadəsi sayılmalıdır. Bu bacarıq hədəflərin aydın və dəqiq şəkildə müəyyən edilməsi kimi keyfiyyətlərlə zənginləşdiyindən Azərbaycan istər bölgəmizdə, istərsə də bölgəmizin də daxil olduğu geopolitik məkanda proseslərin inkişaf məcrasından asılı olmayaraq dövlət və cəmiyyət olaraq rahatdır, üstəlik, istənilən situasiyada öz haqlı mövqeyini diqtə etmək potensialına sahibdir.

Əslində, geniş rakursdan baxdıqda məsələnin mahiyyəti aydın görsənir: SSRİ-nin dağılması və post-sovet məkanında yeni cümhuriyyətlərin yaranması prosesi artıq geridə qalıb. Keçmiş müttəfiq respublikalardan Azərbaycanın timsalında müstəqil yaşaya bilmək, bir dövlət kimi öz xarakterini nümayiş etdirmək imkanı olanlar da artıq bəllidir, Ukrayna və Gürcüstanın nümunəsində geopolitik eksperimentlər poliqonuna çevrilənlər, Ermənistan kimi heç zaman öz ayaqları üstündə daya bilməyəcək zamana marginal təzyiq icmaları da. Lakin iş həm də ondadır ki, prosesləri miqyası daha genişdir, bir yanda ikili standartlar, qloballaşma çağırışları dalana dirədiyi halda, digər tərəfdə də süni, ötən əsr boyunca siyasi dizaynerlərin əl işi kimi ortaya çıxmış dövlətlər zamanın sürətli tempinə çata bilmir. Mənzərəni öz adı ilə ifadə etmək lazımdırsa, bu, birmənalı olaraq böhrandır. Bir-bir göstərməyə və incələməyə gərək yoxdur, ətrafımızdakı ölkələrə, həmin ölkələrin müqəddəratına təsir etmək gücünə malik superdövlətlərə baxın, hər biri böhran içindədir. Beynəlxalq münasibətlərdəki bu böhranı Azərbaycan dövləti və xalqı da öz üzərində onillərdir ki hiss edir – Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması həm cəmiyyətimiz, həm də bütövlükdə çağdaş dünyanın sülh platforması üçün ciddi problemlər yaradır. Viziya – o zaman ortaya çıxır ki, mövcud paradiqmalar üzləşilən problemləri həll edə, gerçəkliyi açıqlaya və dəyişə bilmir. Əgər mövcud beynəlxalq sistem və mexanizmlər mövcud problemləri çözə bilmirsə, o zaman yeni viziyanın ortaya çıxması qaçılmazdır. İlham Əliyev Azərbaycanın iştirakçısı olduğu beynəlxalq münasibətlərdə məhz yeni viziyanın yaradıcısı, Cənubi Qafqazda yeni əməkdaşlıq və rəqabət/mübarizə şəraitinin əsas fiquru, bu konteksdə sadəcə Azərbaycanın deyil, bütövlükdə regionun siyasi mədəniyyətini yenidən tərtib edən liderdir.

Son prezident seçkilərindən sonra dövlət başçımız İlham Əliyevin verdiyi qərarlara, qatıldığı tədbirlərə, ölkə və dünya ictimaiyyətinə mesajlarına nəzərə salsaq görərik ki, Azərbaycan lideri xalqımızın, respublikamızın və bölgəmizin inkişafına mane olan bütün maneələri ustalıqla dəqiqləşdirirərək aradan qaldırmaq əzmi nümayiş etdirir. İstər sadə vətəndaşın gündəlik həyatında, istərsə də respublikamızın strateji inkişafının qarşısında dayanan və kökü Azərbaycanın, bütövlükdə Şərq xalqlarının tarixi inkişaf mərhələlərini Qərb dövlətləri ilə eyni zamanda yaşamamasına dayanan əngəllərin çözümü bir günün işi olmasa da, növbəti mərhələyə daha sürətlə adlamaq mümkündür. Azərbaycan prezidentinin yürütdüyü siyasətin qayəsini də məhz bu yanaşma, məhz bu məqsəd təşkil edir. Bu cür yüksək keçid cəmiyyətimizin sadəcə fəal kəsimlərinin deyil, ümumən hər bir vətəndaşın üzərinə bir mənəvi-siyasi məsuliyyət qoyur. Heç kim yaxasını qırağa çəkməli deyil, necə deyərlər, əlinin daşın altına hər kəs qoymalıdır. Qısacası, vətənə və cəmiyyətə yanaşmalarımızda bəzi dəyişikliklər etməli, hər birimiz dünənimizə, bu günümüzə və gələcəyə baxışlarımızı tam sahiblik hissi əsasında yeniləməli, İlham Əliyevin vətənə və vətəndaşa xidmət anlayışını mənimsəməli, paylaşmalıyıq.

Başqa sözlə, vətəndaş seyirçi yox, iştirakçı, o cümlədən ölkə prezidentinin dünyanın köhnə paradiqmalarına qarşı irəli sürdüyü yeni vizionun şaxələnmə prosesinin fəal iştirakçısı olmalıdır. Azərbaycan üçün görülən və görüləcək işlərin bir parçası olmamaq, gerçəklikdən qopmaq və ya kapriz nümayiş etdirmək tarix qarşısında qınanılası tövrdür.

Aydəm İsmayılov,

Fəlsəfə üzrə fəlsəfə elmləri doktoru

 

Previous Post

Köhnə paradiqmalar və Bakının yeni vizionu

Next Post

Bənzər yazılar

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

16 Sentyabr 2026 - 22:28

2027-ci ildə Azərbaycanda mənzil və kommunal təsərrüfatı xərclərinin 335 milyon manat olması nəzərdə tutulur. Elchi.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir....

Tariximizin qəhrəmanlıq səhifəsi

Tariximizin qəhrəmanlıq səhifəsi

16 Sentyabr 2026 - 21:57

24 saat çəkən antiterror tədbirləri ordumuzun qüdrəti ilə yanaşı Prezident İlham Əliyevin prinsipial mövqeyi ilə yadda qaldı. Prezident müxtəlif çıxışlarında...

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

16 Sentyabr 2026 - 20:51

2027-ci ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır. Elchi.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Xatırladaq ki,...

“Aİ-nin müdafiə xərcləri 5 ildə 80% artıb” – Leyen

“Aİ-nin müdafiə xərcləri 5 ildə 80% artıb” – Leyen

16 Sentyabr 2026 - 16:00

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Strasburqda Avropa Parlamentində çıxışı zamanı bildirib ki, son beş il ərzində Avropa İttifaqında...

Next Post

Son xəbərlər

Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır

Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır

17 Sentyabr 2026 - 13:30
Paşinyan rus dili kursuna gedir

Paşinyan rus dili kursuna gedir

17 Sentyabr 2026 - 13:18
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər

Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər

17 Sentyabr 2026 - 13:09
Türkiyə Husilərin Məkkəyə hücumunu pisləyib

Türkiyə Husilərin Məkkəyə hücumunu pisləyib

17 Sentyabr 2026 - 13:00
DİN-ə yeni vəzifə həvalə olunub

DİN-ə yeni vəzifə həvalə olunub

17 Sentyabr 2026 - 12:51
Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb

Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb

17 Sentyabr 2026 - 12:42
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

17 Sentyabr 2026 - 12:30
MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər

17 Sentyabr 2026 - 12:18
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

17 Sentyabr 2026 - 11:52
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

17 Sentyabr 2026 - 11:47
İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

17 Sentyabr 2026 - 11:40
Yaponiyadan gətirilən duzlarda ciddi qüsur tapıldı

Yaponiyadan gətirilən duzlarda ciddi qüsur tapıldı

17 Sentyabr 2026 - 11:31
Sakit okean ölkəsində HİV həyəcanı! “Milli böhran” elan edildi

Sakit okean ölkəsində HİV həyəcanı! “Milli böhran” elan edildi

17 Sentyabr 2026 - 11:23
Ölkədə həddindən artıq isti 8000-dən çox insanın həyatına son qoyub

Ölkədə həddindən artıq isti 8000-dən çox insanın həyatına son qoyub

17 Sentyabr 2026 - 11:14
Snapchat yeniyetmələr üçün gündəlik vaxt məhdudiyyətləri tətbiq edəcək

Snapchat yeniyetmələr üçün gündəlik vaxt məhdudiyyətləri tətbiq edəcək

17 Sentyabr 2026 - 11:06
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.