"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Köçürmə Komissiyası: “Sovetski”də yanmış kişi meyitinin kompensasiya ilə əlaqəsi yoxdur

08 Yanvar 2015 - 16:45
in SOSİAL
FacebookVatsap

“Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 108 ünvanında bir sakinin köçürmə ilə bağlı verilən kompensasiyanın miqdarına etiraz olaraq özünü yandırması barədə yayılan məlumatlar tamamilə əsassızdır”. 

Bunu da oxuyun

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Sovetski” məhəlləsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib. 
22317S. İslamov bildirib ki, həmin ünvanda ümumi həyət yerləşir. Onun sözlərinə görə, həmin ünvanda yaşamış Eldar Tağıyev hələ keçən ilin aprel ayında kompensasiyasını alaraq köçüb, mənzil isə boş qalıb: “Eldar Tağıyev və ailə üzvləri Köçürmə Komissiyasında olub,  köçürmə və kompensasiya ilə bağlı razılıqlarını bildiriblər. Aprel ayında da vəsaitlərini alıb, köçüblər, bu gün də sağ-salamat, yaxşı şəraitdə yaşayırlar. Həmin ümumi həyətdə digər qonşular da yaşayırlar. Bu gün səhər saatlarında qonşuların polisə verdiyi məlumata əsasən, orada yanmış meyit aşkarlanıb. Hüquq-mühafizə orqanları hadisə yerində olub, mən özüm də orada olmuşam. Həqiqətən köçürülmüş mənzildə yanmış kişi meyiti aşkarlanıb. Ancaq həmin meyitin həmin ünvana heç bir aidiyyəti yoxdur. Bu insanın şəxsiyyəti də məlum deyil. Əgər şəxsiyyəti məlum deyilsə, bəzi mətbuat orqanları nəyə əsaslanaraq qeyd edirlər ki, o, verilən kompensasiyaya etiraz əlaməti olaraq özünü yandırıb? Bunun heç bir əsası yoxdur. Ümumiyyətlə, həmin mənzildə yanğın olmayıb, meyit yanmış şəkildə mənzildə aşkar olunub. Ekspertiza həmin şəxsin kim olduğunu müəyyənləşdirər ki, hansı şəraitdə ölüb, öldürülüb, yaxud yandırılaraq ora atılıb. Bu məsələnin köçürülmə, kompensasiyanın azlığı, yaxud çoxluğu ilə heç bir əlaqəsi yoxdur”.
S. İslamov bu gün Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 108 ünvanındakı ümumi həyətdə digər qonşuların heç bir problem olmadan yaşamaqda davam etdiyini qeyd edib: “Kimin arzusu varsa, müraciət edir və onların köçürülməsi təmin edilir. Kimin arzusu yoxdursa, əvvəlki qaydada yaşamağa davam edə bilər. Kiməsə məcburi kompensasiya verilməsi, köçürülməsi halı yoxdur, ola da bilməz. Kiməsə digər formada təzyiq də yoxdur. Bu gün biz ancaq ölçü və inventarlaşdırma işləri ilə məşğuluq. Arzusunda olan insanlar yenə də Köçürmə Komissiyasına müraciət edirlər və kompensasiya verilərək onların köçürülməsi təmin olunur. Ancaq kiməsə müraciət olunsun ki, gəl, səni köçürdürük, elə hal yoxdur”.
S. İslamovun sözlərinə görə, hazırda “Sovetski” məhəlləsində çox böyük sürətlə inventarlaşdırma işləri aparılmaqdadır: “Bu gün qarşımızda duran əsas vəzifə odur ki, 6 mərhələ üzrə aparılacaq köçürmə işləri ilə bağlı yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı ölçü və inventarlaşdırma işlərini başa çatdıraq, daha sonra köçürmə işlərini davam etdirək. Artıq 10 min 500 təsərrüfatdan 6 min 486 mənzildə tam ölçü və inventarlaşdırma işləri aparılıb və bu işlər davam etdirilir”.
Qeyd edək ki, bu gün Yasamal rayonu Mirzağa Əliyev küçəsi 108 ünvanında sökülmüş evdə yanmış cəsəd aşkar edilib.
Previous Post

Köçürmə Komissiyası: “Sovetski”də yanmış kişi meyitinin kompensasiya ilə əlaqəsi yoxdur

Next Post

Zabratdakı qəddar cinayətin qurbanları reanimasiyadadır, cani tutuldu

Bənzər yazılar

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

10 Mart 2026 - 17:25

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə...

Dövlət Məşğulluq Agentliyi 26 əmək yarmarkası təşkil edib

Dövlət Məşğulluq Agentliyi 26 əmək yarmarkası təşkil edib

02 Mart 2026 - 17:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə paytaxt və regionlarda 26 əmək...

Next Post

Zabratdakı qəddar cinayətin qurbanları reanimasiyadadır, cani tutuldu

Zabratdakı qəddar cinayətin qurbanları reanimasiyadadır, cani tutuldu

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.