Ermənistan Ali Məhkəmə Şurası ölkənin keçmiş prezidenti Robert Koçaryanı zaminə buraxan hakim David Qriqoryanın səlahiyyətlərini dayandırıb.
Bu haqda respublikanın məhkəmə departamentindən bildirilib.
Daha əvvəl hakimin vəkili Georgi Melikyan jurnalistlərə bildirib ki, onun müdafiə etdiyi şəxsə qarşı istintaq hərəkətləri çoxsaylı qanun pozuntuları ilə keçirilib. Ancaq vəkil bildirib ki, hakim barəsində cinayət təqibi yalnız Ali Məhkəmə Şurasının icazəsi ilə mümkündür və belə icazə yoxdur.
Qeyd edək ki, mayın 20-də İrəvan məhkəməsinin hakimi David Qriqoryan Köçaryanın zaminə buraxılması barədə qərar qəbul etmişdi. İyunun 25-də isə Apelyasiya Məhkəməsi Qriqoryanın qərarını ləğv edərək keçmiş prezidenti yenidən həbs edib. Ötən həftə David Qriqoryanın kabinetində axtarış aparılmış və qapısı möhürlənmişdi. /Publika.az
Tramp: Başqa ölkələrin həbsxana və ruhi xəstəxanalarında olmuş şəxslər ABŞ-a gəlib
Birləşmiş Ştatların sərhədini keçən sənədsiz miqrantlar arasında digər ölkələrin həbsxana və ya ruhi xəstəxanalarında olmuş şəxslər də var. Elchi.az xəbər...