Kliçkodan Ukrayna ordusuna dəstək

🗓 15.08.2014 00:21 ✍️ "Elçi" qəzeti

Ukraynalı boksçu hərraca şəxsi əlcəklərini qoyubimg1618785

Bolqar Kubrat Pulevə qarşı döyüşə hazırlaşan boks üzrə dünya çempionu Vladimir Kliçko Ukrayna ordusuna dəstəyini əsirgəmir.

ANS PRESS-in məlumatına görə, ukraynalı “dəri əlcək” sahibi orduya dəstək məqsədi ilə xeyriyyə aksiyasında iştirak edəcək.
Ukraynalı boksçu hərraca şəxsi əlcəklərini qoyub.
Əlcəklərin hər birinə kiçik Kliçko öz avtoqrafını qoyub və son məşqlərini keçirib.
Əlcəklərə start qiyməti - 5 min qrivna ($381) qoyulub.
Satışdan qazanılacaq vəsait Ukrayna ordusuna göndəriləcək.

Bənzər yazılar