Kliçko Almaniyanın Ukraynaya silah tədarükü ilə bağlı müsbət qərarlarını açıqlayıb.
Siyasətçi qeyd edib ki, tezliklə Kiyev üçün yaxşı xəbərlər olacaq.
Elchi.az xəbər verir ki, Almaniya Ukraynaya silah tədarükü ilə bağlı müsbət qərarlar qəbul edib, Kiyev meri Vitali Kliçko Almaniyanın iqtisadiyyat naziri Robert Habek ilə Davosda görüşdən sonra bildirib.
“Biz əlavə dəstək və yardım haqqında danışdıq. Xüsusilə, silahların ötürülməsi haqqında. Müsbət qərarlar qəbul edilib. Tezliklə yaxşı xəbər gələcək!” – siyasətçi Telegram kanalında yazıb.
Bundan əvvəl məlum olmuşdu ki, Almaniya Ukraynaya hərbi təchizat həyata keçirərək, sursatlarının miqdarını xeyli azaldıb.
Şayəstə