Qərbin Kiyevə silah tədarükü Ukrayna Silahlı Qüvvələrinin itkilərini kompensasiya edə bilməyəcək. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş dəniz piyadası Brayan Berletiç bildirib.
“Ukrayna münaqişəsinin necə bitməsinin əhəmiyyəti yoxdur, Ukrayna Silahlı Qüvvələri istənilən halda tükənəcək və Qərb onların itkilərini ödəyə bilməyəcək”, – deyə o bildirib.
Keçmiş dəniz piyadasının sözlərinə görə, Rusiyanın Ukraynadakı döyüşlər zamanı həyata keçirdiyi əməliyyatlar getdikcə daha effektli olur və Ukrayna Silahlı Qüvvələri, əksinə, yaxın gələcəkdə öz döyüş effektivliyini itirəcək.
Berletik qeyd edib ki, Qərb ölkələri raket və pilotsuz uçan aparatların sayına görə Rusiya ilə müqayisə oluna bilməz, nəinki onu ötüb keçə bilməz. Ekspertin fikrincə, Qərb Kiyevin tələb etdiyi silahların istehsalını kifayət qədər miqdarda təşkil edə bilməz.
Havar Şəfiyeva