Avropa İttifaqı Kiyevə Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi yolu ilə təzminat kreditlərinin verilməsi ilə bağlı razılığa gələ bilməsə, Ukrayna büdcə ehtiyatlarını hələ fevralda tükədə bilər.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Nəşr yazır ki, “2025-ci ilin 2026-cı ilə yaxınlaşması ilə Ukrayna maliyyə böhranı ilə üzləşəcək və əgər Belçika Rusiya Bankının bir Belçika depozitarında saxlanılan dondurulmuş aktivlərindən istifadə edərək 140 milyard avro təzminat krediti vermək üçün cəsarətli planın qarşısını kəsməsə, fevralda pul tükənmək üzrədir”.
Yeganə





















