Rusiyanın Ukraynaya hücumlarına simmetrik “Qərb cavabı” Rusiya ərazisinə edilən hücumlarla eyni olardı.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixayil Podolyak məlumat verib.
Məmur təəccüblənir ki, niyə heç kim belə bir təşəbbüsə qoşulmaq istəmir?
Onun sözlərinə görə, əgər Kreml xüsusi əməliyyat elan edirsə və hesab edir ki, hansısa başqa ölkəyə raketlərlə kütləvi şəkildə hücum etmək olar, onda niyə başqa dövlətlər Rusiya kimi düşünmək istəmirlər.
“Məsələn, dünya miqyasında bir növ xüsusi hərbi əməliyyat elan etmək və Rusiya Federasiyasının ərazisinə qanadlı raketlərlə hücum etmək. Prinsipcə, bu, simmetrik olardı”, – ukraynalı siyasətçi 24 telekanalının efirində yekunlaşdırıb.
Şayəstə