Elchi.az Ukraynanın Televiziya Xəbər Xidmətinə (TSN) istinadən xəbər verir ki, şənbə günü, mayın 20-nə keçən gecə Kiyevdə çoxsaylı partlayış səslərindən sonra paytaxtın Dnepr rayonunda yanğının baş verdiyi məlum olub. Bu barədə Kiyev Şəhər Hərbi İdarəsi və şəhərin meri Vitali Kliçko məlumat verib.
Yanğın paytaxtın yaşayış komplekslərindən birində 9 mərtəbəli binanın dam örtüyündə baş verib. Kliçko bildirib ki, hələlik qurbanlar barədə məlumat yoxdur.
Nuranə Məmmədova