"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Kimlər qazi sayılır? – Açıqlama

25 Noyabr 2021 - 18:44
in CƏMİYYƏT
FacebookVatsap

Azərbaycan Respublikası Müdafiə Nazirliyi yaralanan döyüşçülərin hamısına bu faktı təsdiqləyən şəhadətnamə verir. Həmin şəhadətnamədə “Azərbaycan Respublikasının Müdafiəsi zamanı yaralanmışdır” sözü yazılmış bütün döyüşçülər, əlillik dərəcəsi alsa da, almasa da qazidir. Çünki onların qanı Vətən torpağına tökülüb. Vətən torpağına qanı tökülən hər bir şəxs qazıdır.

Bunu da oxuyun

“Səssiz tələ” sənədli filmi təqdim olunub

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

Elchi.az xəbər verir ki, bunu Bakupost.az -a “Qarabağ qaziləri”ictimai birliyinin mətbuat xidmətinin rəhbəri, qazi, jurnalist Rey Kərimoğlu deyib.

Onun sözlərinə görə, bu adı ilk dəfə Azərbaycan cəmiyyətinə Baş qazi, “Qarabağ qaziləri” ictimai birliyinin mərhum sədri Etimad Əsədov və onun komandası gətirib:

“Onun rəhbərliyi ilə 2001-ci ildə “Qarabağ Qazilər” İctimai Birliyi yaradılıb. Məqsəd o idi ki, müharibədə yaralanmış, qanı Vətən torpağına tökülmüş şəxslərə qazi deyilsin. Bu gün hamının işlətdiyi qazi sözünü Azərbaycan cəmiyyətinə baş qazi Etimad Əsədovun yaratdığı Qarabağ Qazilər İctimai Birliyi gətirib.

Hazırda müharibədə iştirak edənlərin sənədinə rəsmi olaraq belə yazılır: Şəhid olubsa, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşdə şəhid olub”, yaralanıbsa, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb”, iştirakçısında isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib”. Yəni, məsələ bu qədər dəqiqdir. Sadəcə olaraq biz təşkilat olaraq müharibədə yaralananlara o vaxt qazi adını gətirdik. Hazırda konkret olaraq qanunda “Qazi” və “Qarabağ əlili” anlayışı yoxdur. Bəziləri sözün etimologiyasını, bəziləri sözün islamda, dildə istifadəsinə uyğun, bəziləri isə Türkiyədə istifadəsinə uyğun münasibət bildirir. Kimin nə deməsindən, nə düşünməsindən asılı olmayaraq, Qazi adını Azərbaycan cəmiyyətinə gətirən Qarabağ Qaziləri Birliyidir. Və bunu niyə gətirib dedim – Vətən torpağına qanı tökülmüş döyüşçüyə qazi deyilir”.

Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, təəssüflər olsun müqəddəs saydığımız qazi anlayışında hələ də çaşqınlıq var:

“Əsl müharibə iştirakçıları ilə arxa cəbhə iştirakçıları arasında sərhədlənmə aparılmalıdır. Əlbəttə ki, bilavasitə döyüşlərdə iştirak edib, xüsusi rəşadət, qəhrəmanlıq göstərmiş əsgər və zabitlər yaralandıqdan sonra qazi sayılmalıdır. Amma bu gün qazi adından su-istifadə edənlər də var. Halbuki, həmin şəxslər bir gün olsun döyüş əməliyyatlarında iştirak etməyib, sadəcə ehtiyatda olub.

Hərbi ekspert bildirib ki, həqiqi döyüş iştirakçıları daha çox susmağa üstünlük verirlər:

“İndi bəziləri hərbi formanı geyinir, amma ayağında 15 rəngdə “krasovka” ilə düşüblər şəhərin canına. Belə şeylər yolverilməzdir. Bu işi müvafiq qurumlar nəzarətdə saxlamalı və tənzimləməlidirlər. Sonuncu müharibədən 1 il, 2016-cı il aprel döyüşlərindən isə 5 il keçib, hələ də Müharibə Veteranı məsələsi həll olunmayıb. Bilən bilir, bilməyən isə ƏƏSMN-nə hücum edir. Halbuki, əsgər və çavuşlarla bağlı məsələ sırf Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətlərinin rayon və şəhər şöbələrinin, idarələrinin üzərinə düşür. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış şəxslərl, yəni qazilərlə, müharibədə iştirak etməyənlər ayırd edilməlidir. Qazi və müharibə iştirakçıları ilə bağlı məsələyə tez bir zamanda aydınlıq gətirilməlidir. Yoxsa insanlar arasında çaşqınlıq arta bilər.

Onu da qeyd edim ki, mütləq deyil müharibədə iştirak edən şəxslər yaralanmalıdır. Əgər vətəndaş müharibənin qızğın nöqtələrində döyüşüb sağ-salamat evinə qayıdıbsa, o da qazidir. Baxın nə qədər insan Vətən Müharibəsində aktiv döyüşlərdə iştirak edib, amma yaralanmayıblar. İndi onlar yaralanmayıbsa, bu onların günahı deyil axı. Biz onları da dəyərləndirməliyik. Onlar da əsl qazi sayılırlar. Müharibədə odun-alovun içində olublar. Bizdə qazini elə başa düşürlər ki, ya ayağı, ya qolu olmamalıdır. Bu, düzgün yanaşma deyil. Türkiyədə hərbi geyimdə küçədə gəzənləri görməzsiz. Orada müharibə iştirakçıları və qazilərin hər birinin fərqləndirici geyimləri var. Yəni, geyimlə onlar fərqlənirlər. Amma bizdə yaşlı da, cavan da əyninə formanı geyinir və hansısa bir qeyri-hökumət təşkilatının medalından taxıb gəzir. Belə şeylər olmaz. Bunlar tez bir zamanda öz həllini tapmalıdır”.

Previous Post

Kimlər qazi sayılır? – Açıqlama

Next Post

Hovsepyan: Zəngəzur bizim üçün tarixə qovuşa bilər

Bənzər yazılar

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Müharibə uşaqları:...

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08

Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Elchi.az...

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00

4 oktyabr Azərbaycan tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı olaraq xalqımızın...

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

03 Oktyabr 2026 - 19:59

Avtomobil yollarında vəziyyət açıqlanıb. Elchi.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 4-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı...

Next Post
Hovsepyan: Zəngəzur bizim üçün tarixə qovuşa bilər

Hovsepyan: Zəngəzur bizim üçün tarixə qovuşa bilər

Hovsepyan: Zəngəzur bizim üçün tarixə qovuşa bilər

Hovsepyan: Zəngəzur bizim üçün tarixə qovuşa bilər

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.