Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Ukraynanı nüvə silahı yaratmağa çağırmaqda ittiham edib.
Elchi.az xəbər verir ki, bu barədə onlayn petisiya əsasında dövlət mediası KCNA məlumat yayıb.
Hazırda petisiyada azı 1000 imza toplanıb. Conq hesab edir ki, belə bir petisiya Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin siyasi sui-qəsdi ola bilər.
Rusiya prezidenti Vladimir Putinin Belarusda strateji nüvə silahlarının yerləşdirilməsi barədə bəyanatından sonra cümə axşamı Ukrayna prezidentinin ofisində nüvə silahının Ukrayna ərazisinə yerləşdirilməsinə və ya Ukraynanı öz nüvə silahı ilə təchiz etməyə çağıran petisiya yerləşdirilib.
Şənbə günü günortadan sonra petisiya cəmi 611 imza toplayıb ki, bu da Zelenskinin cavabı üçün lazım olandan 25 min azdır. Kiyev rəsmiləri hələ ki, petisiyaya heç bir şəkildə münasibət bildirməyiblər.
Yeganə