Kim Çen In Putinə təşəkkür edib

93

Şimali Koreya lideri Kim Çen In Rusiya Federasiyasına “rəsmi və dostluq” səfərinin sonunda Vladivostokdan xüsusi qatarla yola düşməzdən əvvəl onun prezidenti Vladimir Putinə, eləcə də dövlət orqanlarına və xalqa göstərdikləri qonaqpərvərliyə görə təşəkkür edib.
Elchi.az xəbər verir ki, bu barədə KXDR-in dövlət radiosu “Koreya səsi” məlumat yayıb.
“Kim Çen In Rusiya Federasiyasında olduğu bütün günlərdə Prezident Putinə, Rusiya rəhbərliyinə və xalqına xüsusi diqqət və hər zaman səmimi qonaqpərvərlik göstərdiklərinə görə səmimi minnətdarlığını bildirib.
Koreya Mərkəzi Xəbər Agentliyi öz növbəsində qeyd edib ki, Kim Çen Inın Rusiyaya səfəri “KXDR ilə Rusiya Federasiyası arasında ənənəvi mehriban qonşuluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirən bir mərhələ kimi tarix lövhələrinə əbədi olaraq həkk olunacaq. ” İki ölkə arasında münasibətlər, qeyd edildiyi kimi, “yoldaşlıq dostluğu və hərbi həmrəylik” kimi inkişaf edəcək.
Sentyabrın 17-də keçirilən vida mərasimində iki ölkənin himnləri səsləndirilib və Kim Çen In radionun qeyd etdiyi kimi, Rusiya Silahlı Qüvvələrinin üç qoşun hissəsinin fəxri qarovul dəstəsinin qarşısından keçib.

Nuranə Məmmədova