Keniyada baş verən yol qəzasında 7 nəfər ölüb, 10 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, paytaxt Nayrobinin şimalındakı Nyeri-Nyahururu magistral yolunda “matatu” kimi tanınan minik avtomobili ilə sərnişin mikroavtobusu toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 4-ü uşaq olmaqla 7 nəfər ölüb, 10 nəfər yaralanıb.
Yaralılar müalicə olunmaq üçün bölgədəki xəstəxanalara aparılıb.
Keniyada polis hesabatlarına görə, hər il orta hesabla 3500 nəfər yol qəzalarında ölür.
Nuranə Məmmədova