Keniyada quraqlıq səbəbilə yemək tapa bilməyən şirlərin yaşayış məntəqələrinə girərək təsərrüfat heyvanlarına hücum etməyə başladığı bildirilib.
Elchi.az xəbər verir ki, Keniyadakı Amboseli Milli Parkı yaxınlığında ferması olan Parkeru Ntereka mətbuata açıqlamasında keçilərinə aslanların hücum etdiyini və heyvanlarının təxminən yarısının tələf olduğunu bildirib.
Ntereka, “12 keçimə aslanlar hücum etdi və bu, ailəm üçün böyük itkidir. Uşaqlarımın məktəb xərclərini bu heyvanlarla təmin edirdim” deyib.
Rosi Lekimankusi də keçilərindən 13-nün aslanların hücumuna məruz qaldığını bildirərək, bu vəziyyətin onları çətin vəziyyətə saldığını və hücumların artacağından narahat olduğunu vurğulayıb.
Vəhşi təbiətin qorunması üçün araşdırmalar aparan The Big Life Foundation şirlərin hücumuna məruz qalan heyvanlara görə kənd sakinlərinə təzminat təklif etsə də, kəndlilər verilən məbləğin yetərli olmadığı qənaətindədirlər.
Keçən ay Amboseli Milli Parkına yaxın kəndlərdə keçi və itə hücum edən 6 şir öldürülüb. Öldürülənlər arasında dünyanın ən yaşlı aslanlarından biri olan Loonkiito da var.
Şayəstə Hüseynova