Kemeron və van Rompey Rusiyaya təzyiq göstərilməsini istəyir
Böyük Britaniyanın Baş naziri Devid Kemeron və Avropa Birliyi Şurasının prezidenti Herman van
Rompey Ukraynadakı vəziyyətlə əlaqədar Avropa Birliyini Rusiyaya təzyiq göstərməyə çağırıblar.

“Kommersant” qəzetinin verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya hökumətinin yaydığı açıqlamada deyilir.
Kemeron və van Rompey arasında söhbət avqustun 30-da baş tutacaq Avropa Birliyinin sammiti ərəfəsində olub. Sammit çərçivəsində Herman van Rompeyin Ukrayna prezidenti Pyotr Poroşenko ilə təkbətək görüşü gözlənilir. “Ukraynadakı son vəziyyətlə bağlı hər iki lider razılığa gəliblər ki, Avropa Birliyi Rusiya prezidentinə qarşı təzyiq göstərməkdə davam etməlidir”, sənəddə qeyd edilir.