"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Keçmiş müdafiə nazirindən Rail Rzayevin qızına müraciət…

09 Fevral 2016 - 14:46
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib

Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb

“Qızı əmin olsun ki, ataları bildiklərindən də çox yüksəkdə dururdu və…”

“Elə bir dəyərli generalın yoxluğu Azərbaycan silahlı qüvvələrinin ən ağır itkilərindən biridir”

“Rail Rzayevlə Əliağa Hüseynovu yan-yana qoymaq dağla dərəni bərabərləşdirmək kimidir, həm ağıl, həm savad, həm də zabit qüruruna görə. Şükür ki, Əliağa onunla qohumluğunu danır, bu çox yaxşı faktdır, hesab edirəm ki, onun özü sağ olsaydı Əliağanı heç qohum kimi qəbul etməzdi”.
Bunu  keçmiş müdafiə naziri Rəhim Qazıyev Əliağa Hüseynovun Rail Rzayevlə qohumluğunu danmasına münasibət bildirərkən deyib.
R.Qazıyev Əliağa Hüseynovla müqayisə edilməyin Rail Rzayevin əziz ruhuna hörmətsizlik olduğunu vurğulayıb:
“Hər ikisi general-leytenant idi, ancaq əgər Əliağa Hüseynov o rütbəni alandan sonra erməniyə bir güllə atıbsa mən adımı dəyişərəm. Onları müqayisə etmək 1941-45-ci il müharibəsindəki Jukovla Leonid İliçi bərabər tutmaq kimidir. Əliağa arxada əsgərliyə getməyənlərin məsələsini həll etməklə məşğul olub. Döyüş zonasında, əhəmiyyətli bir idarəni işlək vəziyyətə gətirməkdə əvəzsiz xidməti olan bir adamla onun müqayisə olunması heç cür mümkün olmaz”.
“Onun haqqında bunları deməsəm özümü günahkar sayaram”- deyən keçmiş nazir Rail Rzayevin Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələləri ilə Hərbi Hava Qüvvələlərinin birləşdirilməsi, gücləndirilməsi istiqamətində əvəzsiz xidmətlərindən də danışıb:
“Rail Rzayev Azərbaycan Silahlı Qüvvələrinin ən sayseçmə, savadlı, ağıllı, zabit şərəfini yüksək səviyyədə qoruyan, şəxsiyyətini çox qiymətli bilən insan idi. Mən nazir gəldiyim vaxtda da o, MDB Silahlı Qüvvələrinin Bakıdakı Reklamasiya Stansiyası deyilən mərkəzin rəisi idi, rütbəsi polkovnik idi. Həmin stansiyada Xəzəryani dövlətlərdən, həm də Ermənistan və Gürcüstandan gətirilmiş hərbi hava hücumundan müdafiə raketlərinin keyfiyyəti, yanacağı yoxlanılırdı, təmir olunurdu və atəş vəziyyətinə hazırlanırdı. Rail Rzayev SSRİ dönəmində hava hücumundan müdafiə qüvvələrinin sayılıb seçilən zabiti idi. Sözün düzünü dediyinə, ötkəmliyinə görə Müdafiə Nazirliyində ona münasibət birmənalı deyildi, çoxu onu istəmirdi. İki-üç dəfə ünsiyyət qurandan sonra gördüm ki, çox savadlı oğlandır. SSRİ dağılandan sonra, Azərbaycanın hava hücumundan müdafiə qüvvələlərini rus ordusu təmamilə yararsız hala salmışdı. Bir A12 ilə gəlib Bakını, strateji nöqtələrimizi bombalaya bilərdilər. Həmin dövrdə hava hücumundan müdafiə qüvvələlərinin cəmi 75-lik, 125-lik və 200-lük raketləri vardı. Mən onu hava hücumundan müdafiə qüvvələlərinə rəhbərlik etmək üçün dəvət etdim. Rəhbərlik etdiyi qısa müddət ərzində həm ağlı, həm prinsipiallığı, həm istedadı ilə bir dəqiqə belə sakit durmurdu. Birlikdə indiki Texniki Universitetə gedib avtomatika-mexanika və rabitə fakültələrinin dördüncü, beşinci kurslarından əlliyə yaxın savadlı, bacarqılı tələbə seçdik. Qısa müddətdə onları peşəkarcasına hazırladı və nazirliyin yanında hava hücumundan müdafiə, müşahidə qurğusunu qısa müddətdə istifadəyə verdi. İki aydan sonra hava hücumundan müdafiə qurğularının hamısı saz hala gətirildi. Az müddətdə Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələləri hava sərhədlərini pozan istənilən raketi vurmaq gücündə idi. Həmin mərkəzi işə salandan sonra rəhmətlik Əbülfəz Elçibəyi ora dəvət etdim. Elçibəy hava məkanını müşahidə edən 20-22 yaşlı gənclərimizə baxıb çox fərəhləndi. O zaman müdafiə nazirliyində Hava Hücumundan Müdafiə Qüvvələləri ayrı, Hərbi Hava Qüvvələləri ayrı idarə idi. Daha sonra o, yanıma gəlib gəlib operativliyi təmin etmək məqsədilə həmin kamanda pultunda Hərbi Hava Qüvvələlərinin bir dispetçerinin oturmasını təklif etdi. Müharibə getdiyinə görə hava məkanı pozulan kimi həmin dispetçer vaxt itirmədən Hərbi Hava Qüvvələlərinə komanda versin, dərhal tədbir görülsün. Həmçinin iki idarəni birləşdirmək təklifini də verdi və mən onun təklifini qənaətbəxş hesab edərək Hava Hücumundan Müdafiə Qüvvələləri ilə Hərbi Hava Qüvvələlərini birləşdirdim. Özü də həmin idarənin ilk rəisi, komandanı oldu. Mən istefa verib gedənə qədər Rail Rzayevin müstəsna xidmətləri sayəsində Azərbaycanın Gürcüstandan başlamış İranla sərhəddinə qədər hava hücumundan müdafiə sistemi yaradılmışdı və yüksək səviyyədə qorunurdu. O, həmçinin keyfiyyətsiz, atəşə hazır olmayan, raketləri, raketlərin atəş qurğularını artıq döyüşə hazır vəziyyətə, texniki saz vəziyyətə gətirmişdi”.
R. Qazıyev son olaraq Ali Baş Komandana və Rail Rzayevin qızına müraciət edib:
“Qızı əmin olsun ki, ataları bildiklərindən də çox yüksəkdə dururdu və Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələləri və Hərbi Hava Qüvvələlərinin formalaşıb döyüşə hazır vəziyyətə gətirilməsində onun müstəsna xidməti var. Təəssüf ki, belə bir insanı xaincəsinə məhv etdilər. Ona güllə atan və ya atdıran kəs Azərbaycan xalqının düşmənidir, çünki biz onu itirməklə əvəzsiz bir mütəxəssisi itirdik. Çox istərdim ki, Ali Baş Komandan onun qatilinin tapılması üçün yenidən tapşırıq versin, xain gülləni vuran və ya vurduran sifarişçi millətə bəlli olsun.
Elə bir dəyərli generalın yoxluğu Azərbaycan silahlı qüvvələrinin ən ağır itkilərindən biridir. Mən onun ailəsinə, onu sevənlərə, yetirdiyi zabitlərə, tələbələrinə bir daha başsağlığı verirəm. Ona Allahdan rəhmət, davamçılarına da uğurlar diləyirəm”.
Xatırladaq ki, mərhum genarlın qızı Rahilə Rzayeva bu gün sensasion açıqlamalarla çıxış edərək bəzi məqamlara aydınlıq gətirib, bu zaman Rail Rzayevin general qudası Əliağa Hüseynovun bir paxırını açıb:
“Rail Rzayev öləndən sonra Əliağa Hüseynov müsahibə verərək onunla qohum yox, dost olduğunu deyir. Halbuki qətldən əvvəl hər yerdə deyirdi ki, Rail Rzayev mənim qudamdır. Rail Rzayevin birinci ailəsindən olan qızlarından biri onun qardaşının oğlunda ərdədir. Əliağa Hüseynov düz etmir. Vaxtilə sinəsinə vururdu ki, qudamdır. Ziya Məmmədovla qohum olandan sonra, Rail Rzayev qətlə yetiriləndən sonra qudalıq yaddan çıxdı”…
Previous Post

Keçmiş müdafiə nazirindən Rail Rzayevin qızına müraciət…

Next Post

Bakıda yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb

Bənzər yazılar

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust 2026 - 22:42

Mərkəzi Neftçilər Xəstəxanasının onlayn növbə sisteminə qoşulması prosesi tamamlanıb. Bu barədə Elchi.az - a TƏBİB-dən məlumat verilib. Hazırda sistem üzərindən...

Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib

Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib

25 Avqust 2026 - 22:41

Bu gün avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. Elchi.az  xəbər verir ki, bu barədə Əmək və...

Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb

Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb

25 Avqust 2026 - 22:40

Azərbaycanda 2025-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 11 min 626 olub. Elchi.az -ın əldə...

Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir

Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir

25 Avqust 2026 - 22:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda ədalət, təhlükəsizlik və rifahın təmin edilməsinin əsas məqsədlərdən biri olduğunu bildirib. Elchi.az xəbər verir...

Next Post

Bakıda yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb

Bakıda yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb

Son xəbərlər

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust 2026 - 22:42
Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib

Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib

25 Avqust 2026 - 22:41
Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb

Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb

25 Avqust 2026 - 22:40
Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir

Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir

25 Avqust 2026 - 22:36
“Al Jazeera”: ABŞ və İran hələ ki danışıqlar aparmır

“Al Jazeera”: ABŞ və İran hələ ki danışıqlar aparmır

25 Avqust 2026 - 20:24
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib

25 Avqust 2026 - 20:22
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir

Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir

25 Avqust 2026 - 20:21
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

25 Avqust 2026 - 20:20
Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

25 Avqust 2026 - 20:19
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Bu şəhərdə qaz olmayacaq

25 Avqust 2026 - 19:25
Azərbaycanın Avstriyadakı səfiri etimadnaməsinin surətini Henniqə təqdim etdi

Azərbaycanın Avstriyadakı səfiri etimadnaməsinin surətini Henniqə təqdim etdi

25 Avqust 2026 - 19:18
Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini bildirib

Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini bildirib

25 Avqust 2026 - 19:16
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlandı

Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlandı

25 Avqust 2026 - 19:08
Xarici işlər nazirinin müavini IV “Maarifçi” proqramının iştirakçıları ilə görüşdü

Xarici işlər nazirinin müavini IV “Maarifçi” proqramının iştirakçıları ilə görüşdü

25 Avqust 2026 - 18:56
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.