Novokaxovka şəhər administrasiyasının rəhbəri Vladimir Leontyev bildirib ki, Kaxovka su anbarından Dnepr çayının aşağı axınında suyun səviyyəsini və həcmini azaltmaq və su elektrik stansiyasının dağılması zamanı zərəri minimuma endirmək üçün axıdılır.
Elchi.az-ın məlumatına görə bu haqda şəhər rəhbərliyi RİA Novosti-yə deyib.
“SES-in üç bloku sıradan çıxsa da, fəaliyyətini davam etdirir. O, fevralın 24-dən bir gün belə işini dayandırmayıb. Son bir həftə ərzində suyun axıdılması artırılıb ki, hadisələrin mənfi inkişafı zamanı axın edəcək suyun miqdarı az olsun. Çayın aşağı axınında suyun səviyyəsi qalxıb, bütün darvazalar açıqdır, hazırda suyun ilkin axıdılması prosesi aparılır”, – deyə Leontyev bildirib.
O qeyd edib ki, şəhərin davamlı atəşə tutulmasına baxmayaraq, vəziyyət sakitdir.
Yeganə