Qlobal istiləşmə səbəbiylə “meşə yanğınları mövsümü”nün erkən başladığı Kanadada günlərdir davam edən yanğınlar səbəbindən təxminən 3 milyon hektar meşə sahəsinin yandığı açıqlanıb.
Elchi.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, fövqəladə hallara hazırlıq naziri “Bill Blair” verdiyi açıqlamada Kanadadakı meşə yanğınlarının ölkənin bir çox bölgəsinə təsir etdiyini bildirib.
Blair, son 10 ildə meşə yanğınlarının orta hesabla may ayında cəmi 150 min hektar olduğunu, lakin bu il eyni dövrdə təxminən 3 milyon hektar meşə sahəsinin məhv edildiyini bildirib.
Kanadanın Nova Scotia bölgəsində bazar günündən bəri davam edən yanğınlara müdaxilə etmək üçün bölgəyə hərbi personalın göndərildiyini bildirən Blair, çalışan hər kəsin fövqəladə bir iş gördüyünü, lakin daha çox köməyə ehtiyac olduğunu vurğulayıb.
Blair bildirib ki, ABŞ-dan 800, Avstraliya və Yeni Zelandiyadan 224 yanğınsöndürən yalnız Albertada meşə yanğınları ilə mübarizə aparır və Cənubi Afrikadan 215 yanğınsöndürən tezliklə Kanadaya gələcək.
Nuranə Məmmədova