Kanadanın baş naziri Castin Trüdo və İsveçrə Konfederasiyasının prezidenti Alain Berset İsrailin Qəzzaya hücumlarından sonra Fələstində baş verən son hadisələri müzakirə ediblər.
Elchi.az xəbər verir ki, Kanada baş nazirliyindən verilən açıqlamada Kanadanın paytaxtı Ottavada görüşən Trudeau və Bersetin Qəzzada şiddətin artması və humanitar vəziyyətlə bağlı narahatlıqlarını vurğuladıqları qeyd edilib.
Bəyanatda iki tərəfin bölgədəki mülki şəxslər üçün təcili və maneəsiz humanitar yardımın zəruriliyi barədə razılığa gəldiyi bildirilib.
Açıqlamada Trudeau və Bersetin HƏMAS-ı əlindəki əsirlərlə insancasına davranmağa və dərhal azad etməyə çağırdığı, Ukraynaya dəstəyin davam etdirilməsinin də müzakirə edildiyi vurğulanıb.
Bəyanatda həmçinin iki liderin HƏMAS-ın hücumlarını pislədikləri və İsrailin özünü müdafiə etmək hüququna malik olduğu vurğulanıb.
Şayəstə Hüseynova