Kanadada davam edən genişmiqyaslı meşə yanğınlarından qalxan tüstü ABŞ-ın Nyu-York şəhərinə təsir göstərib.
Elchi.az xəbər verir ki, Kanada Təbii Sərvətlər Nazirliyi və Agentliklərarası Yanğın Mərkəzi (CIFFC) Kanadada 830-dan çox yerdə meşə yanğınları ilə mübarizə apardıqlarını bildiriblər.
ABC News xəbər verir ki, Kanada yanğınlarından çıxan tüstü Ontariodan ABŞ-ın şimal-şərqinə yayılaraq hava keyfiyyətinə təsir edib və Nyu-York da daxil olmaqla bir çox ərazidə görünürlüyü azaldıb.
Hesabatdakı görüntülərdə Nyu-Yorkun üzərindəki səma narıncı tüstü təbəqəsi ilə örtülüb.
Nyu-York meri Zöhran Mamdani ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında bildirib ki, şəhərə yayılan tüstü səbəbindən bəzi ərazilərdə hava keyfiyyəti sağlam olmayan səviyyələrə çatıb.
Mamdani ürək və ağciyər xəstəlikləri olan insanları, yaşlıları, hamilə qadınları və uşaqları tədbir görməyə çağırıb.
Şayəstə





















