Kamçatka sahilləri yaxınlığında 6,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb. İlkin məlumatlara görə, Petropavlovsk-Kamçatski şəhərində zəlzələ 4 bal gücündə hiss olunub.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
“Maqnituda: 6,4. Petropavlovsk-Kamçatskidə intensivlik (ilkin qiymətləndirmə): 4”, – deyə məlumatda bildirilir.
Məryəm





















