Seysmoloqlar Kamçatkada 5 bal gücündə zəlzələ qeydə alıblar.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının Teleqram kanalında məlumat verilib.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 179 km aralıda qeydə alınıb. Yeraltı təkanların ocağı 18,2 km dərinlikdə yerləşib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsinin məlumatına görə, son 24 saat ərzində bölgədə maqnitudası 3,7-4,8 arasında dəyişən altı zəlzələ qeydə alınıb. Zəlzələlər rayonun məskunlaşdığı ərazilərdə hiss olunmayıb.
Məryəm





















